a
Hava:
17 C
clear sky
Baku
humidity: 72%
wind: 0 m/s N
H17 • L17
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanın lk idmançı qadınlarından biri–Zeynəb Rzayeva

Azərbaycanın lk idmançı qadınlarından biri–Zeynəb Rzayeva

 

İyirminci əsrin idman xadimi, ilk idmançı qadınlardan biri–Zeynəb Rzayev

1930-cu illərdə idmanla məşğul olan ilk idmançı qadınlardan biri, gimnastika üzrə birinci dərəcəli hakim Zeynəb Rzayeva Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının dosenti, əməkdar idman xadimi, Prezident təqaüdçüsü Zeynəb Hüseyn qızı Rzayeva8 mart 2918-ci ildə Bakıda anadan olub.

Zeynəb Rzayeva 1935-1947-ci illərdə Azərbaycan Radiosunda “Səhər gimnastikası” verilişini aparıb.
1945-ci ildə Respublika Bədən Tərbiyəsi və İdman Komitəsində ali və orta məktəblərdə gənclərlə iş şöbəsinin müdiri təyin edilib.

1947-ci ildə Bədən Tərbiyəsi İnstitutunda müəllim, dosent, dekan, qısa müddətdə redaktor vəzifəsində işləyib.
Azərbaycan Milli Olimpiya Komitəsinin və Dünya Müsəlman Qadınları Beynəlxalq Olimpiya Komitəsinin üzvüdür.

1951-ci ildə Xarici Dillər İnstitutunda bədən tərbiyəsi kafedrasının müdiri olub. 1992-1995-ci illərdə İranda məşqçi işləyib.
Respublika Bədən Tərbiyəsi və İdman üzrə Qadınlar Şurasının sədri;
Gimnastika üzrə birinci dərəcəli hakim;
Əməkdar Bədən Tərbiyəsi və İdman Assosiasiyasının prezidentidir.

“Lenin”, “Qırmızı Əmək Bayrağı”, ” Şöhrət” ordenləri və medallarla təltif olunub.

Zeynəb xanımın dediklərindən: “1942-ci ildə Bakı hərbi zona elan olundu. Ağır illər idi. Bir dəfə tramvayla işə gedərkən iki qaçışan uşağın tramvay altında qaldığının şahidi oldum.Maraqlanıb öyrəndim ki, uşaqların ataları cəbhədədir, anaları isə fabrikdə gecə- gündüz işləyir. Onlar təhsil aldığı məktəbə gəldim. Direktor ilə danışıb icazə aldım ki, saat ikidən sonra başsız uşaqları yığım bir yerə və onlarla məşğul olum. Mənə hospitalın zalında uşaqlara dərs keçməyə icazə verməsi üçün rəis Vəli Axundovdan xahiş etdim. Məqsədim xəstələrin qabağından qalan yeməklərlə uşaqların qarnını doyurmaq idi. Belə də etdim.

Bizim Bədən Tərbiyəsi Komitəsinin sədri, allah ona rəhmət eləsin, azərbaycanlılar üçün canını verərdi.
Mənim bu işimdən xəbər tutanda himayəyə götürdüyüm 30-a yaxın uşağa nə qədər köməklik elədi”.

Zeynəb Rzayeva 27 fevral 2008-ci ildə Bakı şəhərində vəfat edib.

 

Şərh yoxdur

şərhini yaz