a
Hava:
23 C
clear sky
Baku
humidity: 46%
wind: 5 m/s SSE
H23 • L23
HomeƏn son xəbərlərAzərbaycanlı qadın deputatın adı Tbilisidə əbədiləşdirildi

Azərbaycanlı qadın deputatın adı Tbilisidə əbədiləşdirildi

El arasında kişi Pəri adı ilə tanınan, qadın olmasına baxmayaraq hər zaman silahla öz xüsusi faytonunda gəzən – müsəlman dünyasının ilk qadın deputatı Pərixanım Sofiyevanın adı Gürcüstanda əbədiləşdirilib.

Xeber.ge saytı xəbər verir ki, bu yaxınlarda Tbilisi bələdiyyəsinin sədr müavini Marika Darçiyanın təşəbbüsü ilə “Tbilisinin xatirə skamyaları” adlı layihəyə start verilib.

Layihə çərçivəsində paytaxtdakı Azadlıq meydanında yerləşdirilən skamyalara Gürcüstanın tarixində önəmli rol oynayan ictimai xadimlərin adlarının əks olunduğu xatirə lövhələri vurulub. Skamyalardan birinə müsəlman dünyasında ilk qadın deputat olan azərbaycanlı Pərixanım Sofiyevaya həsr olunan lövhə də bərkidilib.

Onu da bildirək ki, həmin lövhədə Pərixanım Sofiyevanın dünyada demokratik yolla deputat seçilən ilk müsəlman qadın olması barədə gürcü və ingilis dillərində məlumat yazılıb.

Qeyd edək ki, Pərixanım Sofiyeva 1953-cü ildə dünyasını dəyişib.

Şərh yoxdur

şərhini yaz