a
Hava:
13 C
light rain
Baku
humidity: 88%
wind: 10 m/s NNW
H13 • L13
HomeSağlamlıq və gözəllikTibbi məlumatlarQıcqırma və yaranma səbəbləri

Qıcqırma və yaranma səbəbləri

Qıcqırma  və yaranma səbəbləri

Qıcqırma – döş sümüyü arxasında, boğazda, yemək (qida) borusu boyunca hiss olunan yanma hissiyyatıdır. Bəzi məlumatlara əsasən, yer əhalisinin 40%-i qıcqırmadan əziyyət çəkir. Bəzi insanlarda bu əlamət müvəqqəti, digərlərində isə daimi xarakter daşıyaraq heç bir təşvişə səbəb olmur. Ancaq aşkar olunmuşdur ki, təşvişə düşməyə dəyər. Bəs qıcqırmanı yaradan nədir?
Mədə ilə qida (yemək) borusu arasında sfinkter – əzələ həlqəsi movcuddur ki, o da yalnız qida yemək borusundan (mədəni ağız boşluğu ilə birləşdirən boru) mədəyə keçərkən açılır. Digər vaxtlarda isə sfinkter sıx şəkildə bağlanmış olaraq mədədə olan qidanın qida borusana doğru geriyə qayıtmasına imkan vermir. Normal halda məhz belə də olmalıdır. Müxtəlif səbəblər nəticəsində sfinkterin işində pozğuluq baş verir və bu zaman o lazım olmayan vaxtda da açılaraq yenidən qapanır. Bəzi hallarda
isə ümumiyyətlə daimi olaraq azca açıq qalır. Nəticədə mədədə olan həzm şirəsinin bir hissəsi mədədən geriyə – yemək borusuna qayıdır. Bu şirənin tərkibinə çox güclü kimyəvi maddə olan xlorid turşusu da daxildir. Hətda dəmiri də həll etmək xüsusiyyətinə malik olan bu turşu bizim mədəmiz üçün qorxulu deyil. Buna səbəb isə mədənin daxili səthində bu maddənin təsirindən qoruyucu qabiliyyətə malik olan müdafiə qatının olmasıdır. Yemək borusunda isə belə qat movcud deyil. Məhz buna görə mədədən yemək borusuna düşmüş olan bu turşu bəzi hallarda çox güclü yandırıcı təsir göstərir. Mədə şirəsindən savayı öd kisəsindən
onikibarmaq bağırsağa, oradan mədəyə və sonra isə yemək borusuna düşə bilən öd də yemək borusunu qıcıqlandıra bilər.

Rövşən İbişov
Qastroenteroloq-hepatoloq
(Zəfəran Hospital) 

 

Şərh yoxdur

şərhini yaz