a
Hava:
16 C
few clouds
Baku
humidity: 67%
wind: 4 m/s NW
H16 • L16
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarQələmi ilə inqilab edən -Malala Yusifzai

Qələmi ilə inqilab edən -Malala Yusifzai

Qələmi ilə inqilab edən -Malala Yusifzai

Pakistanın Kiber Partunxva əyalətinin Mingora qəsəbəsində doğulan puştun əsilli feminst yazıçı, aktivist-Malala Yusifzai qadınların təhsil alması uğurunda apardığı fəaliyyətlərə görə mükafatlandırılmılış ən gənc Nobel mükafatı laureatıdır. Malala Yusifzai 18 yaşını Livanda suriyalı qaçqın qızlar üçün məktəb açaraq qeyd edib. Qızların təhsil hüquqlarını müdafiə etdiyinə görə Malala 9 oktyabr 2012-ci il tarixdə Svat rayonunda imtahandan gələrkən məktəb avtobusda iki qızla birlikdə Taliban sui-qəsdçisi tərəfində güllələnir. Güllə yarası almış Malala Ravalpindi Kardiologiya institutuna yerləşdirilir və özünə gəldikdən sonra Birləşmiş Krallığın Birminhem şəhərində yerləşən Kraliça Elzavet xəstəxanasına göndərilmişdir.

Pakistanda başından güllə ilə vurulan Malala Yusifzai təhsil hüquqları uğrunda mübarizənin beynəlxalq simvoluna çevrilib. Malala öz missiyasını belə ifadə edir: “Bir kitab, bir qələm, bir uşaq və bir müəllim dünyanı dəyişdirə bilər. Gəlin öz hüquqlarımızı müdafiə edək, mübarizə edək.” Qısa müddətdə o, tanınmağa başlayır, televizor kanallarına və nəşrlərə müsahibələr verir. Aktivist Desmond Tutu tərəfindən Beynəlxalq Uşaqların Sülh Mükafatı ilə təltif olunur.
BMT-nin Baş katibi Pan Gi Mun Malala Yusifzainin ad günü – 12 iyulda Məlalə günü elan etmişdir. Bu gün bütün uşaqlar üçün təhsil ideyasını təcəssüm etdirməlidir.

Məlalə günü ilk dəfə 2013-cü il 12 iyul tarixində Nyu-Yorkda BMT-nin mənzil-qərargahında qeyd edilmişdir. Məlalənin BMT-dəki çıxışı aşağıdakı sözlərlə yadda qalmışdır:

“Bir uşaq, bir müəllim, bir kitab, bir qələm dünyanı dəyişdirə bilər. Təhsil yeganə həll yoludur.”

AynurA

Şərh yoxdur

şərhini yaz