a
Hava:
21 C
few clouds
Baku
humidity: 43%
wind: 3 m/s NE
H21 • L21
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanın ilk şəhid qadın jurnalisti -Salatın Əsgərova

Azərbaycanın ilk şəhid qadın jurnalisti -Salatın Əsgərova

Azərbaycanın ilk şəhid qadın jurnalisti -Salatın Əsgərova

Azərbaycanın ilk şəhid qadın jurnalisti -Salatın Əsgərova

Salatın Əsgərova 16 dekabr 1961-ci ildə Azərbaycanın Bakı şəhərində ziyalı ailəsində anada vən olmuşdur.
1984-cü ildə geofizika ixtisası üzrə mühəndis diplomu alan Salatın Əsgərova jurnalistika sahəsinə böyük maraq göstərirdi. İlk dəfə 1984-cü ildə müqavilə ilə “Bakı” qəzetində jurnalist kimi fəaliyyətə başlayan Salatın Əsgərova tez-tez cəbhə xəttinə gedər, qaynar nöqtələrdən operativ materiallar hazırlayardı.
1991-ci ilin 9 yanvar tarixində O, Laçından Şuşaya qayıdarkən Salatın xanım ilə yanaşı 3 hərbçinin də olduğu Gəncə şəhərinin 44682 saylı hərbi hissəsinə məxsus avtomaşın atəşə tutulur.
Daha sonra erməni silahlıları maşının qapısını açıb, yaralı Salatın Əsgərovanı dayanmadan güllələyirlər. Güllələrdən biri onun gicgahına dəymişdi. Salatın Əsgərova hadisə yerində, ömrümün 29-cu baharına əbədi olaraq gözlərini yumur.
Salatın Əsgərovanın qatillərinin ələ keçməsində İsrafil Şahverdiyevin rolu böyük idi.

Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilib.

Ailəli idi, Ceyhun adlı oğlu bir oğlu ondan yadigar qalıb.

Salatın Əsgərova 6 noyabr 1992-ci ildə Azərbaycan Respublikasının 2-ci Prezidenti cənab Əbülfəz Elçibəyin 294 saylı fərmanı ilə ölümündən sonra Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülmüşdür.
Salatın Əsgərova Bakı şəhərində Şəhidlər Xiyabanında dəfn edilmişdir.

Ölümündən sonra Beynəlxalq Jurnalistlər İttifaqı Konfederasiyasının laureatı adına layiq görülüb. Onun həlak olduğu kənd Salatınkənd adlandırılıb. Bakıda yaşadığı binada xatirə lövhəsi vurulub, Bakı küçələrinin biri, Bakı buxtasında gəzinti gəmisi və Qadınlar İçtimai Birliyinin təsis etdiyi mükafatı onun adını daşıyır.
Nəbi Xəzri Salatın Əsgərova haqqında elegiya-poeması yazmışdır.

2016-cı ildə Salatın Əsgərovaya həsr olunmuş qısametrajlı “Vətən üçün gedirəm” filminin təqdimatı keçmişdir.

Təfəkkür Universitetində büstü qoyulmuşdur. 1993-cü ildə bəstəkar Elza İbrahimova onun xatirəsinə “Salatın” mahnısı bəstələyib. Həmin mahnını Mahnı Flora Kərimova isə ifa edib.

Şərh yoxdur

şərhini yaz