a
Hava:
15 C
clear sky
Baku
humidity: 72%
wind: 9 m/s NNW
H15 • L15
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiOğlan uşaqlarının tərbiyyəsində nələrə diqqət etməli?

Oğlan uşaqlarının tərbiyyəsində nələrə diqqət etməli?

Oğul böyütdü ana… 

Biz qadınlar həyatımıza daha layiqli kişi olmasını istəyirik. Bəs biz özümüz, VƏTƏN üçün, həyat üçün layiqli kişi böyüdürükmü?

Oğlan uşaqlarının tərbiyyəsində nələrə diqqət etməli?

📍Əgər sizin bir oğlunuz dünyaya gəlibsə, sizin sadəcə bir uşağınız deyil, sizin üçün balaca bir kişi doğulub. Vəziyyəti bu cür dəyərləndirin ilk başdan

📍Növbəti mərhələdə ya siz ona özü olmağa icazə verəcəksiniz, hansı ki, gələcəkdə həm VƏTƏN, həm gəlininiz, sizə minnətdar olacaq, ya da onu özündən kənarlaşdıraraq sizin uşağınız edəcəksiniz. Belə olan halda, onun heç bir mövqeyi olmayacaq. DİQQƏT!!!

📍Oğlan uşağı heç vaxt bir kişi kimi yetişə bilməz, əgər o heç bir çətinlik görməsə. Onu qarşılaşdığı çətinliklərdən tapdığı çıxış yolu böyüdəcəkdir. Hər şeyi siz etməyə çalışmayın.

📍Əgər oğlunuzun örnək bir atası varsa şanslısınız. Əgər əksidirsə, şanssız sayılmazsınız. Ona modelləmək üçün bir kişi obrazı ( Lider, avtoritet şəxs ) göstərə bilərsiniz. Ona o insandan hekayələr danışaraq, maraq yarada bilərsiniz.

📍ONA GÜVƏNİN! Hətta o özünə güvənmədiyi hallarda belə.

📍Experimentlər etməyə icazə verin. Bu yolla o kim olmaq istədiyini biləcək. Onu xoşbəxt edəcək peşəni tapacaqdır.

📍Onu dostları, sinif yoldaşları haqqında sorğu sual etməyin ( vacib məqamlar xaric) Bu onun gələcəyi üçün ciddi problemlər yarada bilər.

📍Ondan ara sıra sizə yardım etməsi üçün xaiş edin. Əlinizdə olan yükü daşımaq üçün, telefonunuza hər hansı bir proqramı yazmaq, mağazadan nə isə almaq üçün.

📍İmtahandan aşağı balmı yığıb? Olsun, siz ona güvən verin. Əmin olun ki, o, o zaman sizin güvəninizi doğruldacaq. Çünki, uğurlu olmaq bir sahə ilə olmur. Onun kifayət qədər bacarıqları vardır. Hər kəsdə olduğu kimi.

📍Ona səhv etməyə icazə verin. Sadəcə səhvindən nəticə çıxarması üçün ona yardımçı olun.

Və ən vacibini sona saxladım❣️

Ona davranışlarınızla, baxımlı olmanızla bir örnək QADIN OBRAZI olun!

Xanım Həsənova

Etiketlər: ailə münasibətləri, övlad tərbiyəsi, sevgi, dəyər hissi, ailədə qadının rolu, güvən hissini aşılamaq

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz