a
Hava:
15 C
clear sky
Baku
humidity: 82%
wind: 3 m/s SSE
H15 • L15
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiHər uşaq diqqətdə olduğu qədər sevildiyini düşünər

Hər uşaq diqqətdə olduğu qədər sevildiyini düşünər

Körpə doğulduğu andan etibarən ətrafından qayğı gözləyərək böyüməyə başlayır.  Və bunu sonrakı dövrlərdə də davam etdirərək ətrafdakı insanlar üçün əhəmiyyətini müəyyən edir, onlarla münasibət qurur və həm  ailədə, həm xarici mühitdə varlığını qəbul etdirir.

Diqqəti cəlb etməyə çalışarkən körpənin gördüyü qarşılıq  onun psixologiyasının formalaşmasında böyük əhəmiyyət daşıyır.  Ailənin daim diqqətini gözləmək uşağın ən təbii ehtiyacıdır.  İlk olaraq istəklərini valideynlərinə ağlamaqla izah etməklə başlayan körpələr danışmağa başladıqda artıq istəklərini həm də  şifahi ifadəsi ilə çatdıra bilirlər.  Amma bütün bu ‘müstəqil’ vəziyyətlər uşaqların diqqət çəkmək meylini azaltmır.

Sonra ayaqları üzərində dayanmağı öyrənir və bu qələbəsinə ətrafındakıların verdiyi müsbət reaksiya özünə inamın inkişafını dəstəkləyir və gücləndirir. Və bu özünü fərd kimi formalaşmasında xüsusi rol oynayır.

Təəssüf ku, gündəlik məişət qayğıları, iş problemləri, fiziki və zehni yorğunluq kimi bir çox amillər valideynlərlə uşaqlar arasında münasibətlərin ürəkaçan səviyyədə olmamasına aəbəb ola bilir. Bu münasibət yetərsizliyi isə  özünü müəyyən müddətdən sonra özünü valideyn-övlad arasındakı dialoq pozuqluğu ilə biruzə verir.

Valideynin gələcəyə ən böyük yatırımı övladına ayırdığı zamandır. Bu gün övladına verdiyi sevgi, qayğı və diqqət illər sonra sevgi, qayğı və diqqət olaraq övladı tərəfindən geri qayıdar.

AynurA

Körpə doğulduğu andan etibarən ətrafından qayğı gözləyərək böyüməyə başlayır. Və bunu sonrakı dövrlərdə də davam etdirərək ətrafdakı insanlar üçün əhəmiyyətini müəyyən edir, onlarla münasibət qurur və həm ailədə, həm xarici mühitdə varlığını qəbul etdirir.

Diqqəti cəlb etməyə çalışarkən körpənin gördüyü qarşılıq onun psixologiyasının formalaşmasında böyük əhəmiyyət daşıyır. Ailənin daim diqqətini gözləmək uşağın ən təbii ehtiyacıdır. İlk olaraq istəklərini valideynlərinə ağlamaqla izah etməklə başlayan körpələr danışmağa başladıqda artıq istəklərini həm də şifahi ifadəsi ilə çatdıra bilirlər. Amma bütün bu ‘müstəqil’ vəziyyətlər uşaqların diqqət çəkmək meylini azaltmır.

Sonra ayaqları üzərində dayanmağı öyrənir və bu qələbəsinə ətrafındakıların verdiyi müsbət reaksiya özünə inamın inkişafını gücləndirir. Bu isə özünü fərd kimi formalaşmasında xüsusi rol oynayır.

Təəssüf ki, gündəlik məişət qayğıları, iş problemləri, fiziki və zehni yorğunluq kimi bir çox amillər valideynlərlə uşaqlar arasında münasibətlərin ürəkaçan səviyyədə olmamasına səbəb ola bilir. Bu münasibət yetərsizliyi isə özünü müəyyən müddətdən sonra valideyn-övlad arasındakı dialoq pozuqluğu ilə biruzə verir.

Valideynin gələcəyə ən böyük yatırımı övladına ayırdığı zamandır. Bu gün övladına verdiyi sevgi, qayğı və diqqət illər sonra sevgi, qayğı və diqqət olaraq övladı tərəfindən geri qayıdar.

AynurA

Şərh yoxdur

şərhini yaz