a
Hava:
23 C
clear sky
Baku
humidity: 38%
wind: 7 m/s SSE
H23 • L23
HomeFaktlar və hadisələrİbrət verici bir adət 

İbrət verici bir adət 

İbrət verici bir adət 

Afrika qəbilələrindən birində belə bir ənənə var. Qəbilənin üzvlərindən biri yanlış və ya başqalarına zərər verəcək hər hansı bir şey etdiyi zaman insanlar onu kəndin düz mərkəzinə aparır və onun ətrafında toplaşırlar.

İki gün ərzində qəbilənin bütün insanları bu şəxsə indiyə qədər etdiyi bütün yaxşılıqları xatırladırlar.

Bu qəbilənin inancına görə hər kəs bu dünyaya yaxşı insan olaraq gəlir. Hər kəs bu dünyada sadəcə sevgi, sülh və xoşbəxtlik arzulayır. Ancaq bəzən insan bunların arxasınca qaçarkən səhvlər edir.

Qəbilə üzvləri bu səhvləri həmin insanın kömək ehtiyacı kimi qiymətləndirirlər.

Bütün qəbilə bu insanın ətrafında birləşərək onu yuxarı qaldırır və ona onun gerçək təbiətini və kimliyini xatırladırlar. Bu o vaxta qədər davam edir ki, insan artıq müvəqqəti olaraq ayrı düşdüyü həqiqi “yaxşı” kimliyini tamamilə xatırlayır.

NABAJYOTISAIKIA

“NABAJYOTISAIKIA” Cənubi Afrikada istifadə olunan komplimentdir və mənası ” Mən sənə hörmət edirəm, Mən sənə dəyər verirəm. Sən mənim üçün önəmlisən” deməkdir. Buna cavab olaraq isə insanlar “SHIKOBA” deyirlər, yəni “Mən sənin üçün mövcudam”

Hər kəsin bir-biri üçün mövcud olduğunu anladığımız bir dünyada yaşamaq ümidi ilə Shikoba Nabajyotisaikia!

Şərh yoxdur

şərhini yaz