a
Hava:
26 C
clear sky
Baku
humidity: 27%
wind: 9 m/s SSE
H26 • L26
HomeQadın və ictimaiyyətBu günün sağlam ruhlu uşaqları gələcəyin zəminidir.

Bu günün sağlam ruhlu uşaqları gələcəyin zəminidir.

Dövlət proqramı çərçivəsində Azərbaycan Respublikasının Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi tərəfindən 10-11 oktyabr tarixlərində Sabunçu Rayon “Gənclər evi” Sosial xidmət müəssisəsində “Bağlanma teoriyası ilə oyun terapiyası” və “Uşaqlarda diqqət əksikliyi və hiperaktiv pozuntu” mövzularında 2 günlük təlim təşkil olundu. Psixoloq və sosial işçilər üçün nəzərdə tutulmuş təlim Türkiyədən gələn mütəxəssislər tərəfindən keçirildi.
Tədbiri açıq elan edən Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin apparat rəhbəri Ceyran Rəhmətullayeva təlimin mahiyyəti və əhəmiyyəti barədə söhbət açdıqdan sonra, təlimçi Fundem Ece eyni adlı mövzu barədə ətraflı məlumat verdi. Çoxsaylı sualları cavablandıran təlimçi uşaqlara dair qlobal problemlərə də aydınlıq gətirdi. İki günlük təlimin ikinci günündə iştirakçılara sertifikatlar təqdim olundu.

Şərh yoxdur

şərhini yaz