a
Hava:
13 C
light intensity shower rain
Baku
humidity: 88%
wind: 5 m/s NNW
H13 • L13
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıNovator alim- Aida xanım İmanquliyeva

Novator alim- Aida xanım İmanquliyeva

Novator alim- Aida xanım İmanquliyeva

 Azərbaycanda Şərq-Qərb problematikasının sistemli tədqiqinin əsasını qoyan alim, ilk azərbaycanlı qadın-ərəbşünas elmlər doktoru, Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin üzvü və Cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini, professor olan Aida İmanquliyeva 10 oktyabr 1939-cu ildl  Bakıda doğulub.

1966-1991-ci illər Azərbaycan Elmlər Akademiyası Yaxın və Orta Şərq Xalqları İnstitutunda kiçik elmi işçi, sonra baş elmi işçi, ərəb filologiyası şöbəsinin müdiri, elmi işlər üzrə direktor müavini işləmişdir.

1983-1987-ci illər Ümumittifaq Şərqşünaslıq Cəmiyyəti Rəyasət Heyətinin üzvü və Cəmiyyətin Azərbaycan bölməsi sədrinin müavini, Şərq ədəbiyyatların tədqiqi üzrə Ümumittifaq Koordinasiya Şurasının və Yazıçılar Birliyinin üzvü olmuşdur.
1988-cu ildə Tiflisdə doktorluq dissertasiyasını müdafiə edərək, tezliklə bu ixtisas üzrə professor adını almışdır.
1991-ci ildən ömrünün sonunadək Azərbaycan EA Şərqşünaslıq İnstitutunun direktoru olmuşdur.

Professor Aida İmanquliyeva 3 monoqrafiya: “Mixail Müayinə və “Qələmlər birliyi””, “Cürban Xəlil Cürban”, “Yeni ərəb ədəbiyyatı korifeyləri” və 70-dən artıq elmi məqalənin müəllifi, Şərq filologiyası sahəsində yazılmış bir çox elmi əsərlərin redaktoru olmuşdur. Azərbaycanda E.A Şərqşünaslıq İnstitutunda fəaliyyət göstərən “Asiya və Afrika xarici ölkələri ədəbiyyatları” ixtisası üzrə Müdafiə Şurasının üzvü, sədr müavini və sədri vəzifələrində çalışmışdır

Azərbaycan şərqşünaslıq elmini dəfələrlə xarici ölkələrdə təmsil etmişdir. O, elmi-təşkilatı fəaliyyətində yüksəkixtisaslı ərəbşünas kadrların hazırlanmasını diqqət mərkəzində saxlamış, uzun illər ADU-da ərəb filologiyası fənnindən mühazirələr oxumuşdur.

19 sentyabr 1992- ci ildə Bakıda vəfat edən görkəmli ərəbşünas alim professor Aida İmanquliyevanın xatirələrini əbədiləşdirmək üçün BDU Şərqşünaslıq fakültəsində əlaçı tələbələrdən birinə onun adına təqaüd verilmişdir.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz