a
Hava:
15 C
light intensity shower rain
Baku
humidity: 67%
wind: 10 m/s NNW
H15 • L15
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıİlk azərbaycanlı hərbi şəfqət bacısı-Nigar Şıxlinskaya

İlk azərbaycanlı hərbi şəfqət bacısı-Nigar Şıxlinskaya

İlk azərbaycanlı hərbi şəfqət bacısı-Nigar Hüseyn Şıxlinskaya

Tiflisdə Zaqafqaziya Qızlar İnstitutunu Qızıl medalla bitirən İlk azərbaycanlı hərbi şəfqət bacısı-Nigar Hüseyn Əfəndi qızı Şıxlinskaya həm də Topçu zabitlər məktəbinin qadınlar komitəsinin başçısı, General Əliağa Şıxlinskinin ömür-gün yoldaşıdır.
1878 – ci ildə Tiflisdə doğulan Nigar Şıxlinskaya – 15 avqust 1931 (Bakı)
1889-cu il Tiflisdə Qızlar İnstitutunu Qızıl medalla bitirib.
1914- cü ildə Birinci Dünya müharibəsi zamanı “Russki invalalid” qəzetlərdə rus qadınlarına müraciəti dərc olunub.
1914-cü ildə Zabit arvadları ilə danışaraq “Qırmızı xaç” hərbi xəstəxanasını təşkil edib.Rus, fransız, ərəb, fars dillərini mükəmməl bilirdi.
Bir dəfə anası ilə Qazaxdan Tiflsə gedən Nigar xanım Saloğlu stansiyasında bir qədər gözləməli olur. Qarayazı gölündən ekspedisiyadan qayıdan iki nəfər fransız ona diqqətlə baxıb “çox gözəl türk qızıdır, amma heyif ki, geyimi zövqsüzdür”, -deyirlər. Səadət xanım əcnəbilərin ona baxıb nəsə dediklərini qızına çatdırır. Nigar xanım “sən darıxma, indi mən onların payını verəcəm”, – deyir. Qatar Tiflisə yaxınlaşanda üžünü fransızlara çevirib “cənab, zəhmət olmasa, deyin, saat neçədir, Naftulluğa çoxmu qalıb? “- deyə soruşur. Fransızlar qızın təmiz fransız ləhcəsində danışdığını görüb xəcalət çəkir və dönə-dönə üzr istəyiblər.
Mənbə: Saminə Hidayətqızı. Yüz Türk Qadını.
Sarı sim. I kitab

Şərh yoxdur

şərhini yaz