a
Hava:
13 C
light rain
Baku
humidity: 88%
wind: 4 m/s NW
H13 • L13
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıİncəsənət sahəsi üzrə elmi işi müdafiə edən ilk azərbaycanlı qadın–Nigar Usubova

İncəsənət sahəsi üzrə elmi işi müdafiə edən ilk azərbaycanlı qadın–Nigar Usubova

İncəsənət sahəsi üzrə elmi işi müdafiə edən ilk azərbaycanlı qadın–Nigar Usubova
İyirmi ilə yaxın Konservatoriyanın proyektoru işləmiş professor Nigar xanım Usubova Zaqafqaziya müftisi Hüseyn Əfəndi Qayıbovun nəvəsidir. Onun anası Azərbaycanın ilk maarifpərvər qadınlarından olan Gövhər xanımıdır. Gövhər xanım Qaibzadə Tiflisin qadın məktəbində dərs deyərək bütün həyatını Azərbaycan qadınının maariflənməsinə həsr etmişdir.
Tiflis Müsəlman Qadın Xeyriyyə Cəmiyyətində işləmiş, Azərbaycan Demokratik Respublikası dövründə mədəni-maarif işini qüvvətləndirmiş, qadın kursları təşkil etmişdir.
Orada Hüseyn Cavid,Abdulla Şaiq dərs demişdir.
O, 1920-ci ildə ilk qadın seminariyasının təşkilatçılarından və M.F.Axundov adına kitabxananın yaradılmasında təşəbbüsçülərindən biri olmuş, sonradan bu kitabxanada ömrünün sonunadək Şərq şöbəsinin biblioqrafı işləmişdir.
Nigar xanımın formalaşmasında muəllimləri Siroviç, Baron, Brenner, Qoldenveyzerin böyük təsiri olmuşdur. İkinci kursda oxuyarkən o, 1944-cü ildə Tbilisidə keçirilən Zaqafqaziya dekadasında çıxış etmişdir.
Nigar xanım Usubova Azərbaycanda incəsənət sahəsi üzrə elmi elmi işi müdafiə edən ilk qadındır.
Atası İbrahim Usubov çar ordusunda general- mayor,
1920-ci ildə isə ADR- in diviziya komandiri olmuşdur. O, bolşeviklər tərəfindən Nargin adasında güllələnib. N.Usubova1952-ci ildən 1970-ci ilədək Azərbaycan Dövlət Konservatoriyasinda tədris və elmi işlər üzrə prorektor işləmiş, gənc musiqi kadrlarının yetişməsində görkəmli rol oynamışdır.
Biz ömür yolu çox çətin və faciəli olan bir neçə türk qadınlarının həyatını vərəqləyədik. Bu, yaradıcı, cəsarətli, xeyirxah, maarifpərvər insanlaın həyat yoludur. Onlardan heç biri vətənin ağır günlərində xaricə qaçmayıb. Öz xoşbəxtliklərini məhz incəsənətdə tapan bu qadınlar xalqına xidmət etməyi özünün birinci dərəcəli vəzifəsi bilib. Buna görə də onların xatirəsi uzun illər millətin yaddaşında silinməyəcək.
Şərh yoxdur

şərhini yaz