a
Hava:
17 C
clear sky
Baku
humidity: 77%
wind: 5 m/s SSE
H17 • L17
HomeQadın və ictimaiyyətQadın varsaİzmirdə Atatürklə tanış olan qız–İnan Afət

İzmirdə Atatürklə tanış olan qız–İnan Afət

İzmirdə Atatürklə tanış olan qız–İnan Afət
Türk tarixçisi İnan Afət 1908-ci ildə Selanikdə doğulan türk tarixçisidir.
Türk mədəniyyəti, qadın haqları, Türkiyə Cümhuriyyəti dövrü və türk inəilabların üzərində tədqiqatlar aparmışdır.
Boluda millət vəkili olmuş, İsmayıl Haqqı Uzmayın qızıdır. İlk təhsilini 1920-ci ildə almış və müəllim kimi fəaliyyətə başlamışdır. Həmin il Mustafa Kamal Atatürklə tanış olan İnan Afət Atatürk tərəfindən Lausanneyə dil öyrənməyə göndərilmişdir.
İstanbul Fransız Qız Liseyində dil öyrənməyə davam edərək işini Ankara Musiqi Müəllimlər Məktəbində davam etdirmişdir. Bununla yanaşı, o, Ankara Qız Liseyində tarixdən dərs demişdir.
1935-ci ildə Cenevrə Universiteti Sosial və İqtisadi Biliklər fakültəsinin Yaxın və Modern çağlar Tarix şöbəsinə dəvət edilmişdir.
Burada dilçi və doktorluq diplomunu almışdır. Dil və tarix–coğrafiya fakültəsinin tarix şöbəsində dosent və professor olmuşdur.
Türk ocağı qurultayında Atatürkün təşviqi ilə Türk Tarixi Heyəti qurulmasını təklif edib.
Özəlliklə türk mədəniyyəti, qadın haqları, Türkiyə Cümhuriyyəti dövrü və türk inqilabların üzərində çalışan İnan Afətin Atatürklə bərabər çalışdığı illər o dövr tariximizə bilgi vermək baxımından önəmlidir.
“Türk tarixinin ana xətləri”, “Türkiyə xalqının antropoloji xarakterləri və Türkiyə tarixi” , ” Osmanlı imperatorluğunun İqtisadi tarixinə geniş bir baxış”, “Atatürkdən bayırlar”, “Amerika xəritəsi 1513-1528”, “Əski Misir tarixi” və s. əsərlərin müəllifidir.
Şərh yoxdur

şərhini yaz