a
Hava:
14 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SE
H14 • L14
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıİlk türk qadın romançısı- Fatma Aliyə Topuz

İlk türk qadın romançısı- Fatma Aliyə Topuz

İlk türk qadın romançısı- Fatma Aliyə Topuz

Şəhid ailələrinə yardım toplanmasına çalışan ilk qadın olaraq Hilaliahmer Cəmiyyəti tərəfindən medala layiq görülüb.

Romanlarda daha çox Osmanlı ailə həyatını bir qadın baxış acısıyla zərif və duyğulu bir biçimdə təqdim etməyə çalışır.
Fatma Aliyə xanım 1862 -ci ildə İstanbulda anadan olmuşdur.

Son dövr Osmanlı dövlət adamlarından hüquqçu və tarixçi Əhməd Cövdət Paşanın qızıdır. Müasirləri dən fərqli olaraq, bir çox müstəqil alimlərdən dərs alıb, fransız dilini öyrənib.
Atasının rəsmi görüşlərlə əlaqədar Hələb, Şam, Beyrut və s. viayətlərdə olub.
George Ohnetin “Volonte” romanını “Meram” adı ilə fransız dilindən türk dilinə ilk dəfə tərcümə edib. Bu tərcümə ədəbi mühitdə geniş kütlələrin marağını cəlb edib. “Tərcümani – həqiqət” qəzetində qadınlarla bağlı yazılar yazmağa başlayıb.
Fatma Aliyə xanım Əhməd Müjdət Əfəndi ilə birlikdə “Xəyal və həqiqət” adlı ilk romanını, bunun ardınca “Nisvani-İslam” əsərini yazıb.
1897-ci il türk – yunan savaşında şəhid olanların və qazilərin ailələrinə yardım məqsədilə “Cəmiyyəti – İmdadiyyə” adlı yardım kompaniyasına başladığından İkinci Əbdülhəmid tərəfindən mükafatlandırılıb. Türk ədəbiyyatında tərcüməçi, roman yazıçısı, sosial fəaliyyətinə görə haqqında müstəqil monoqrafiya yazılan ilk qadın yazardır. “Meram” , “Xəyal və həqiqət”, “Mühadarat” və sair əsərlərin müəllifidir.
Fatma Aliyə xanım uzun müddət sürən xəstəliklərdən sonra 1936-cı ildə İstanbulda vəfat etmişdir.

Mənbə: Saminə Hidayətqızı “Yüz Türk Qadın” kitabı

 

Şərh yoxdur

şərhini yaz