a
Hava:
14 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SE
H14 • L14
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıMədəniyyətin inkişafına qətiyyətli addımlar atan-Sevda Məmmədəliyeva

Mədəniyyətin inkişafına qətiyyətli addımlar atan-Sevda Məmmədəliyeva

Mədəniyyətin inkişafına qətiyyətli addımlar atan-Sevda Məmmədəliyeva

Azərbaycan elminin korifeylərindən Yusif Məmmədəliyevin ocağında böyüyüb boya-başa çatmış qız-Sevda Yusif qızı Məmmədəliyeva 14 noyabr 1946-cı ildə Bakı şəhərində anadan olmuşdur. O, Azərbaycan Respublikası Mədəniyyət və Turizm Nazirinin müavini, fəlsəfə elmləri doktoru, professor, AMEA- nın müxbir üzvüdür.

Sevda xanım Azərbaycan Dövlət Universitetində ali təhsil alaraq Neft- Kimya Prosesləri İnstitutunda aspiranturada oxumuş, atasının adını daşıyan həmin İnstitutunun Sumqayıt filialında elmi işçi kimi fəaliyyətə başlamışdır.O, 1967-1970- ci illərdə Elmi-Tədqiqat işlərində ilk addımlarını atmışdır.

1972-ci ildə Kimya elmləri namizədi alimlik dərəcəsi Respublikanın elmi və ictimai mədəni həyatında həyatında fəal mövqe tutan Sevda xanım 1977-ci ildə Rusiya Ekologiya Akademiyasına, 1996-cı ildə isə Beynəlxalq Ekoenergetika Akademiyasına həqiqi üzv seçilmişdir.
1983-cü ildə Azərbaycan Memarlıq və İncəsənət Universitetlərində müəllimlik etmişdir.

1994-cü ildə dissertasiya müdafiə edərək fəlsəfə elmləri doktoru olmuşdur. 1997-ci ildə isə
Professor adını almışdır. Mədəniyyətimizin elmi əsaslarla inkişafı və nəzəri problemlərinin həllini öz üzərinə götürən xanım fəlsəfə və mədəniyyətimizin ictimai mənafeyi xidmət edə bilməsi, həyati və əxlaqi məzmunla aşılanması, realizm yoluna sövq edilməsi üçün daim axtarışdadır.

1999-cu ildən Azərbaycan Respublikası mədəniyyət nazirinin müavinidir. 2007-ci ildən Avropa Şurasının Mədəniyyət üzrə Rəhbər Komitəsinin Bürosunun üzvü seçilmişdir.
120-dən çox elmi işlərin , o cümlədən 9 kitabın müəllifidir.
2008-ci ildə Fransa Respublikasının “İncəsənət və Ədəbiyyat sahəsində xidmətlərinə görə” ordeni ilə təltif edilmişdir.

Milli mədəniyyətimizin inkişafına göstərdiyi qayğı, tariximizin qorunması, regionlarda mədəniyyət sahəsindəki problemlərin aradan qaldırılması yolunda atdığı qətiyyətli addımlar onun maarifpərvər türk qadınların çağdaş nüməsi olmasını bir daha sübut edir.

Aynur Turan

Şərh yoxdur

şərhini yaz