a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 2 m/s SSE
H18 • L18

İbrətamiz hekayə

Pis davranışın özü zəhərdir.
Çində Li-Li adlı bir qız ərə gedir və eyni evdə həyat yoldaşı və qaynanası ilə birlikdə yaşamağa başlayır. Lakin qısa bir müddət sonra qaynanası ilə problemlər yaşayır.
İkisinin də xasiyyəti tamamilə fərqlidir, bu da onların tez-tez mübahisə etmələrinə səbəb olur.
Bir neçə ay sonra bitib-tükənməz gəlin-qaynana davalarından, ev hər biri üçün cəhənnəm halına gəlir.
Artıq bir şeylər etmək lazım olduğuna inanan gənc qız atasının köhnə bir dostu olan ədviyyatçı Xuanqa dərdini izah edir. Qoca kişi ona bitkilərdən hazırladığı bir dərman verir və bunu 3 ay boyunca hər gün az-az qaynanası üçün bişirdiyi yeməklərin içinə qatmasını söyləyir.
Zəhər az-az veriləcək, beləcə onu gəlininin öldürdüyü bilinməyəcək. Qoca kişi gənc qıza heç kimin və yoldaşının şübhələnməməsi üçün qaynanasına çox gözəl davranmağı, ona ən gözəl yeməkləri bişirməyini söyləyir.
Sevinc hissiylə evə qayıdan Li-Li qocanın dediklərini eynilə tətbiq edir. Hər gün ən gözəl yeməkləri bişirir, qaynanasının qabına damcı-damcı zəhəri qatır.
Heç kəs şübhələnməsin deyə, ona qarşı çox yaxşı davranır.
Bir müddət sonra qaynanası da çox dəyişmişdi və ona öz qızı kimi davranırdı. Evdə artıq sülh hökm sürürdü.
Gənc qız özünü ağır bir yükün altında hiss etdiklərindən peşman bir vəziyyətdə ədviyyat dükanına gəlir və qocaya bu vaxta qədər qaynanasına verdiyi zəhərləri onun qanından təmizləyəcək bir dərman üçün yalvarır, o artıq qadının ölməsini istəmirdi.
Qoca Xuanq yaşlı gözlərlə qarşısında dayanan Li-Liyə baxır.
– Əzizim Li-Li, sənə verdiklərim yalnız faydalı bitkilərin cövhəri idi. . Onlar qaynananı daha da gücləndirdi.
Gerçək zəhər isə sənin davranışında idi. Sən ona qarşı yaxşı davrandıqca o da dağıldı və yerini sevgiyə cevrildi, beləcə əsl ana-qız oldunuz.
Şərh yoxdur

şərhini yaz