a
Hava:
15 C
clear sky
Baku
humidity: 82%
wind: 2 m/s SSE
H15 • L15
HomePoeziyaHekayə və əhvalatlarTürkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğluyla bağlı maraqlı hadisə

Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğluyla bağlı maraqlı hadisə

Sürəyya Ağaoğlu 1925-ci ildə İstanbul Üniversitetinin Hüquq Fakültəsini bitirdikdən  sonra, Ankaraya ailəsinin yanına qayıdır.
Bir rəfiqəsi ilə birlikdə Ədalət Bakanlığında təcrübəyə başlayır. İlk günlərin həyacanı keçdikdən sonra, bir problemlə  qarşılaşırlar. Nahar məsələsini necə həll etsinlər?

Evlərinə gedə bilmirlər, çünki , evləri iş yerlərinə çox uzaqdır. Bir restorana da gedə bilməzlər. Çünki…

Həmin vaxtı Ankarada sadəcə bir restoran – İstanbul restoranı var idi. Amma, hər zaman   millət vəkillərinin yemək yediyi bu yeməkxanada qadınların yemək yeməsi görülmüş bir hadisə deyildi.

Türkiyəin, bu ilk qadın vəkili  bir müddət naharlarını pendir-çörək yeyərək ötüşülər. Amma, bu belə davam edə bilməzdi.

Zamanın mətbuat müdiri atası  Əhməd Ağaoğluna gedib Süreyya günorta yeməklərini  İstanbul yeməkxanasında yeyə bilmək üçün icazə istəyər.  Əhməd Ağaoğlu, bunda bir qəbahət  görməz, “yaxşı” deyər…

İki rəfiqə  ertəsi gün günorta restorana gedib  bir kənarda əyləşərək sakitcə nahar edirlər.
Əhməd  Ağaoğlunu ve qızını tanıdıqları üçün  heç kim onlara  bir şey deyə bilməsə də  onların arxasınca  danışmağa başlayarlar. Söz-söhbət  böyüyür…
Bu söhbət o zamanın baş naziri Rauf bəyin də qulağına çatır. Rauf bəy də Əhməd Ağaoğlunu axtarıb vəziyyəti ona danışır.

Sürəyya, bir axşam evə qayıdarkən atasının onu gözlədiyini görür. Əhməd bəy qızına  vəziyyəti danışır: “ Rauf Bəy sənin və rəfiqənin sadəcə kişilərin yemek yediyi yerdə nahar etdiyinizi və ordakıların bunu xoş qarşılamadığını dedi. Bundan sonra nahara  mənim yanıma  gəlin”…

Sürəyya bu söhbətdən çox dilxor olur, amma əlindən gələn heç nə yoxdur…

Bir neçə gün sonra,  Atatürk və həyat yoldaşı Lətifə xanım ilə  Əhməd  Ağaoğlunun evində qonaq olarkən   söhbət əsnasında bu mövzu açılır. Sürəyya xanım   olanları bütün incəliyi ilə Atatürkə  danışır. Sürəyya xanımın Atatürkün onu dəstəkləyəcəyinə böyük ümidi olsa da , onu dinləyən Atatürkün təmkinlə “atanın  da, Rauf  bəy də haqlıdır ” deməsi onu çox məyus edir.
Ertəsi gün Sürəyya xanım iş otağında məşğul olarkən biri içəri girib təlaşla deyir : “Sürəyya xanım, hazırlaşın, Paşa sizi yeməyə dəvət edir.”
Sürəyya təəccüb içində otaqdan çıxır.

Yanında bir millət vəkili və digər bir şəxslə avtomobildə oturan Atatürk, onu görən kimi , “Lətifə bugün seni günorta  yeməyinə  gözləyir” deyir.
Sürəyya həm təəccüblü, həm sevinc içində avtomobilə əyləşir. Onlar   İstanbul restoranının önündən keçərkən, Atatürk sürücüdən avtomobili saxlamasını söyləyir.  O dövrün tanınmış millət vəkillərindən olan Salih bəy təlaşla onlara yaxınlaşanda  Atatürk ordakı hər kəsin eşidəcəyi səslə : “Bu gün Sürəyyanı bizə aparıram, amma sabah buraya gələcək, yeməyini  restoranda yeyəcək…” deyir.

Sürəyyanın təəccübü  daha da artır.
Məsələnin iç üzünü Latifə xanım  onun qulağına pıçıldayır : “Paşa, dünən axşam bu yeməkxana söhbətinə çox  acıqlandı, amma  atanı sənin yanında haqsız çıxarmaq istəmədiyi  üçün bunu  bəlli etmədi. Evə gələn kimi bir neçə millət vəkilinə  zəng edərək, sabah  restoranda mütləq  həyat yoldaşları ilə birlikdə nahar etmələrini söylədi”…

Sürəyya Ağaoğlu, ertəsi gün rəfiqəsi ilə İstanbul restoranına getdiyində ilk dəfə bir neçə vəkilin həyat yoldaşlarının da orada olduğunu görür. Artıq heç kim onları qəribə baxışları ilə narahat etmirdi…

Türkiyənin ilk qadın vəkili Sürəyya Ağaoğlu  bununla yeni bir ilkə imza atır, qadınların eyni ilə kişilər  kimi  restoranda yemək yeməsinə  vəsilə olur…

©Umayclub.com

Şərh yoxdur

şərhini yaz