a
Hava:
18 C
few clouds
Baku
humidity: 63%
wind: 4 m/s SSE
H18 • L18

İbrətamiz hekayə

Çində bir adam hər gün boynuna dayadığı çubuğun hər iki ucuna vedrə asıb evə su daşıyırmış. Bu vedrələrdən birinin yan tərəfində çat var imiş və ordan su sızırmış. Beləcə, vedrənin biri evə qədər tam dolu, digəri isə yarılanmış su ilə gəlib çatırmış. Bu illərlə belə davam etdi. Beləcə, qüsursuz vedrə özü ilə qürurlanır, çat vedrə isə çox utanırmış. Bir gün o, sahibinə dedi:
– Özümdən utanıram, bu çatın üstündə suyun ancaq yarısını evə aparıb çatdıra bilirəm.
Sahibi gülümsəyib dedi:
– Sən bir yola diqqət et. Yolda sənin tərəfin çiçəklərlə doludur. Digər vedrə olan tərəfdə isə bir dənə də olsun çiçək yoxdur. Mən sənin çat olduğunu bilirdim. Ona görə yolun sən olan tərəfinə çiçək toxumları əkdim, sən də hər gün onları suladın. Və mən artıq neçə ildir, o gözəl güllərlə evimi bəzəyirəm. Sən qüsursuz olmasaydın, o çatın olmasa, evimə belə gözəllik və zərafət verə bilməyəcəkdim.
Əslində sən də beləsən. Bax belə-çat vedrə kimi. Unutma ki, hamının səndə gördüyü qüsur kiminsə həyatını bəzəyən özəlliyindir..
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz