a
Hava:
23 C
clear sky
Baku
humidity: 33%
wind: 10 m/s NNW
H23 • L23
HomePoeziyaHekayə və əhvalatlarƏziz Nesinin anası ilə bağlı qəmli xatirəsi

Əziz Nesinin anası ilə bağlı qəmli xatirəsi

Anamın heç şəkli olmayıb…
1926-cı ildə vərəm xəstəliyindən 26 yaşında vəfat edib. Amma o həyatı boyu bir dəfə də olsun şəkil çəkdirməyib. Çünki həmin vaxtlar bizim mühitdə şəkil çəkdirmək günah sayılırdı. Sadəcə əsgərlik məsələsində kişilər vəsiqə üçün şəkil çəkdirərdi.
Anam ölüm döşəyində olanda mən oxuduğum internat məktəbindən çoxdan qaçmışdım. Amma bunu nə anam, nə atam bilmirdi.

Məni anamın yanına buraxmırdılar. Onun öldüyü gündən bir gün öncə yatdığı otağın qapısından içəridəki söhbəti dinləyəndə anamın bu sözlərini eşitdim :
– Oğlum yaxşı ki internatda oxuyur, gözləri açıq getməyəcəyəm…

Mən isə məktəbdən qaçmışdım. Mənə pulsuz təhsil verilən bir məktəbdən qaçmışdım…
Anamın bu sözlərini eşidəndən sonra ağlayaraq evdən çıxdım. Ertəsi gün anam öldü. Səsi hər an qulağımda idi : “Oğlum internatda oxuyur, rahat gözlərimi yuma bilərəm”
Təhsilimi davam etdirməyimin tək səbəbi anamın bu sözləri idi. Hər zaman bu sözləri düşündüm. Hər zaman bir buna görə oxudum.

Onun bu sözləri sanki məni qamçılamışdı.
Yoxsa 11 yaşında məktəbdən qaçdıqdan sonra bir də əsla məktəbə qayıtmazdım. Məni başqa məktəbə məcburi göndərəcək heç bir güc yox idi, çox kasıb idik…
Bu günkü məni anamın bir tək cümləsinə borcluyam…

İnsanların ölməyində qeyri-adi heç nə yoxdur.
Çünki, hər insan doğular, yaşayar və ölər.
Amma, kimi yaşayar, ölər. Kimi yaşadığını zənn edər, ölər. Kimi də yaşamadan ölər.
Əziz Nesin

Anısına hörmət və sevgilər…

AynurA

Şərh yoxdur

şərhini yaz