a
Hava:
15 C
clear sky
Baku
humidity: 72%
wind: 10 m/s NNW
H15 • L15
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiHər valideyn övladına bir örnəkdir

Hər valideyn övladına bir örnəkdir

Övladlarınızda zorakılığı deyil, mənəvi dəyərləri gücləndîrin

Başqalarına qarşı səsimizi yüksəldərək, onları bəzən hətta təhqir edərək özümüzü digərləri üzərində təsdiqləməyə çalışırıq. Bir çox ailələrdə həyat yoldaşlarının bir-birinə olan münasibəti onların övladlarına da çox pis təsir edir. Həyətdə oynayan uşaqlara diqqət edin. Gücsüz güclü tərəfindən döyülür, təklənir. Sizcə belə bir insan yetişdirmək istəyirik? Nəticəsi cəmiyyətimizin mövcud vəziyyəti ilə göz qabağındadır.
Uşaqlarımıza əsl gücün insan sevmək olduğunu aşılamalıyıq. Yardımlaşmanı öyrətməliyik onlara. Anlayışı, hörməti, insana dəyər verməyi aşılamalıyıq. Sevmək böyük bir cəsarət, daxili bir güc tələb edir. Övladlarınız, eləcə də özünüz sevgiylə böyük ola, başqasına dəyər verərək güclü ola bilərsiniz.
Hörmət, qayğı, dəyər və sevginin gücün normasına gəldiyi bir dünya hazırkindən tamamilə fərqli olacaqdır.

 

Şərh yoxdur

şərhini yaz