a
Hava:
15 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SSE
H15 • L15
HomeFaktlar və hadisələrOsmanlı tarixində ilk qadın üsyanı

Osmanlı tarixində ilk qadın üsyanı

Osmanlı tarixində ilk qadın üsyanı

İzmir – 1828-ci ilin iyun ayı

İzmirdə buğda qara bazara düşür. Üç- beş topdan satıcı çörək sektorunu istədiyi kimi idarə etməyə başlayır. Özbaşınalıq son həddə çatır.

Bələdiyyə sədri Hasan Paşa bazar dəllallarının hədə-qorxusu ilə çörəyin qiymətini artırır.Az keçmədən də xalq tərəfindən sərt qınaqla qarşılaşır.
Şəhərin kişiləri mitinq keçirib küçələrə axışır.
Ancaq yaxşı nəticə əldə edə bilməyib vəziyyətlə barışırlar.

Vəziyyəti belə görən izmirli qadınlar küçələrə çıxır və məhəllə-məhəllə dolanıb, meydanlara axın edirlər.
Xüsusi qurumlara iaətsizlik göstərən qadınların ciddiyyəti aidiyyatı qurumları əməlli-başlı təşvişə salır.
Heç bir sözlə, vədlə ovunmayan mübariz qadınlar bütün şəhəri lərzə gətirir.
Qadınlar bazar dəllalarının anbarlarına hücuma keçib, daha sonra artımı geri götürməsi üçün şəhər bələdiyyəsinə basqın edirlər.
Meydanlar üç gün bu amansız dirənişə şahid olar.
Üç gün qadınlar, qucaqlarında övladları ilə yürüş etmədikləri məhəllə, küçə, səmt qoymurlar.

Polis İdarəsinin rəhbəri kayserili Hacı bəyin sərt qadağaları da qadınları haqlı əməlindən döndərə bilmir.
Sonda geri addım atan İzmir bələdiyyə sədri Hasan Paşa olur.
Çörəyin qiyməti aşağı salınır.
Beləliklə, qadınlar meydanlardan çəkilib evlərinə qayıdarlar. Bu, Osmanlı tarixində ilk toplu qadın dirənişi, müqaviməti olur.

Qadının içərisində yer almadığı heç bir mübarizə uğurla nəticələnməz !

Şərh yoxdur

şərhini yaz