a
Hava:
14 C
clear sky
Baku
humidity: 77%
wind: 3 m/s S
H14 • L14

Mastopatiya

Səbəbləri– Döş vəzinin xəstəlikləri arasında mastopatiya, fibroidipota, fibrozkistoz və s. adını çəkmək olar.
Mastopatiya qadınlar arasında çox geniş yayılıb. Bu xəstəlik xərçəngə çevrilməyə meyillidir. Mastopatiya hər iki döşdə ola bilər. Onun həm səpələnmiş, həm də fibroz liflərin birləşmiş formasına rast gəlmək olur. Bu şişlər fındıq, qoz boyda müşahidə olunur. Fibroz mastopatiyanın səbəbi aybaşı və doğuş zamanı hormonal
funksiyanın pozulması və ya yumurtalıqların döş vəzinə
qeyri-normal təsirindən bədənə estrogenlərin artması nəticəsində yaranan pozulmadır.
Əlamətləri– Xəstəliyin əsas əlamətləri menstural dövrdə və menstural siklin ikinci yarısında başlayan ağrılardır.
Ağrılar döşətrafına, qola, kürəyə yayıla bilər. Çox vaxt xəstələrdə ağrı olmur. Belə xəstələrdə palpasiya zamanı
ağrı olur. Ağrılar əasasən sinir uclarının şişmiş vəz toxuması və kistoz törəmə tərəfindən sıxılması nəticəsində olur.
Bu əlamətləri özündə hiss edənlər dərhal həkimə müraciət etməli və lazımi müayinələrdən keçməlidirlər.
Müalicə– Mastopatiyanı həm həkim nəzarəti ilə kimyəvi dərmanlar, həm də fitoterapiya (bitkilərlə) ilə müalicıə
etmək olar. Təbii üsullarla aparılan müalicədə şirələrin böyük rolu var. Onlardan bir neçəsini sizlərə təqdim
edirik: portağal şirəsi (hətta onu qabıqlı yemək məsləhətdir), təzə qoz, feyxoa, xurma. Bu meyvələrin tərkibində yod olduğundan onlardan istifadə olunması
məqsədəuyğun hesab olunur. Bitki müalicəsinə əsaslanmış reseptlərdən birini sizlərin nəzərinə çatdırırıq.
Xalq təbabəti– Bunun üçün bağayarpağı, dazıotu, gicitkən, üzərlik toxumu və məryəm kökündən ibarət qarışıqdan 1 xörək qaşığı 4 stəkan suda dəmləyin. Həmin dəmləməni gündə üç dəfə yeməkdən sonra içmək lazımdır.
Bu şişlərdə yerli yaxmalar da gözəl təsir edir. Təzə kəsilmiş qoyun quyruğunu axşam xəstə döşün üzərinə bağlayıb, səhər açmaq lazımdır. Donuz quyruğu ilə itboğan bitkisi də şişlərə yaxşı təsir edir.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz