a
Hava:
21 C
clear sky
Baku
humidity: 56%
wind: 7 m/s S
H21 • L21

Menstruasiya haqqında

Hər ayın başı– Aybaşı
Qadınların problemli dönəmlərindən olan və bəziləri üçün hətta kabusa dönən menstrual dövrü, bəzi istisnalar olmaqla, hər qadın demək olar ki eyni şəkildə keçirir.Bu dövrün yaxınlaşdığını göstərən bəzi əlamətlər var k, bu, əksər qadınlarda oxşar formada özünü büruzə verir.
Beləliklə, menstrual dövrün yaxınlaşdığını göstərən əlamətlər:
Mədə problemləri, emosional qeyri-tarazlıq ,dəri problemləri , yorğunluq hissi.
Bir neçə gün əvvəl geyindiyiniz paltarlar indi əyninizə yaraşmırmış kimi görünürsə, bunun səbəbi menstrual dövrlə bağlı şişkinlik ola bilər. Menstruasiyadan əvvəl qəbizlik, ishal, mədə sancıları və ya ürəkbulanması müşahidə oluna bilər. Bəzilərində hamiləlik zamanı müşahidə olunan fərqli yeməklər yemək istəyi özünü göstərdiyi halda bəzilərinin də iştahı kəsilə bilər.
Menstrual dövrdən əvvəl hər yerinizin ağrıması və özünüzü daim yorğun hiss etməniz normaldır. Bu dövrdə başağrıları da arta bilər.
Astma və ya allergiya kimi problemləriniz varsa, menstrual dövrdən əvvəl bu ağrılarda şiddətlənmə müşahidə edilə bilər.
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz