a
Hava:
14 C
clear sky
Baku
humidity: 94%
wind: 3 m/s ESE
H14 • L14

Cəfər Cabbarlı “Ana”

“ANA”

Əgər bütün bəşəriyyət ədüvvi-canım ola
Ürək süqut eyləməz aldığı mətanətdən.
Ricavü xəvfə məkan vermərəm, gər alimlər
Min il də vəz edələr dəhşəti-qiyamətdən.

Pələnglər tuta dövrüm,çəkinmərəm əsla,
Və ya ki,vəd edələr dövləti-cahanı mənə
Ki, bir kəsə baş əyib iczimi bəyan eləyim,
Əyilmərəm nə ki yer, versələr səmanı mənə.

Yanımda gər dura cəllad əlində şəmşiri,
Ölüm gücüylə mənə hökm edə-olum təslim,
Əyilmərəm yenə haşa.Ölüm nədir ki,onun
Gücüylə xalqa həqiranə eyləyim təzim?!

Cahanda yox elə bir qüvvə baş əyim ona mən,
Fəqət nə güclü,zəif bir vücud var,yahu,
Ki, hazıram yıxılıb xaki-payinə hər gün
Öpüm ayağını icz ilə.

Kimdir o?Nədir o? Ana!
Ana!..O adın qarşısında bir qul tək
Həmişə səcdədə olmaq mənə fəxarətdir;
Onun əliylə bəla bəhrinə yuvarlansam
Yenə xəyal edərəm bəzmi-istirahətdir.

Əs,ey külək.Bağır,ey bəhri-biaman, ləpələn!
Atıl cahana sən,ey ildırım, alış, parla!
Gurulda,taqi-səmavi,gurulda, çatla, dağıl!
Sən, ey günəş,yağışın yağdır, ey bulud, ağla!

Bunlar mənə əsər eylərmi? Mütləqa yox, Yox!
Fəqət ana! O müqəddəs adın qabağında-
O pak bağrına bassın məni, desin lay-lay,
Təbəssüm oynadaraq titrəyən dodağında.
Bütün vücudum əsər,ruhum eyləyər pərvaz,
Uçar səmalara o aləmi-xəyalətdə.
Yatar, ölər bədənim,nitqdən düşər bir söz:
-Ana…Ana…Sənə mən rahibəm itaətdə! 

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz