a
Hava:
23 C
clear sky
Baku
humidity: 33%
wind: 10 m/s NNW
H23 • L23

Qocaldı anam

Qocaldı anam

Mən uşaq olanda O cavan idi,
Görəsən bəs niyə qocaldı Anam?
Bəlkə uşaq idim ondan tələsdi,
Mən böyüyüm deyə qocaldı Anam…

Ağladım qəmləndi, güldüm oldu şən,
Mənimlə yaşadı hər anımı tən.
Onunçun uşağam böyüsəm də mən,
Balam deyə-deyə qocaldı Anam.

Yaxınam, uzağam axı nə fərqi?
Hey məni düşünər, tək mənəm dərdi…
Uşağikən saçlarımdan öpərdi
Ətrim duya-duya qocaldı Anam.

Çox vaxt gecələrin eylədi sabah,
Qoynu körpəsinə ən isti soba…
Mənimçün qatlaşdı hər cür əzaba,
Cana qıya-qıya qocaldı Anam.

Furqani, nə yazsan, nə desən də bil,
Ananın bir anlıq zəhməti deyil!
Ana bir bağbandı, övlad isə gül,
Qoxlaya-qoxlaya qocaldı Anam.

Furqani

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz