a
Hava:
12 C
clear sky
Baku
humidity: 94%
wind: 2 m/s ESE
H12 • L12
HomemütailəBədii ədəbiyyatHüseyn Cavid- “Qız məktəbində

Hüseyn Cavid- “Qız məktəbində

“Qız məktəbində”

— Quzum, yavrum! Adın nədir?
— Gülbahar.
— Pəki, sənin anan, baban varmı?
— Var.
— Nasıl, zənginmidir baban?
— Əvət, zəngin, bəyzadə…
— Öylə isə, geydiyin geyim neçin böylə sadə?
Yoxmu sənin incilərin, altun bilərziklərin?
Söylə, yavrum! Heç sıxılma…
— Var əfəndim, var… lakin
Müəlliməm hər gün söylər, onların yox qiyməti,
Bir qızın ancaq bilgidir, təmizlikdir ziynəti.
— Çox doğru söz… Bu dünyada sənin ən çox sevdiyin
Kimdir, quzum, söylərmisən?
— Ən çox sevdiyim ilkin
O Allah ki, yeri-göyü, insanları xəlq eylər.
— Sonra kimlər?
— Sonra onun göndərdiyi elçilər.
— Başqa sevdiklərin nasıl, yoxmu?
— Var…
— Kimdir onlar?
Anam, babam, müəlliməm, bir də bütün insanlar…

Hüseyn Cavid

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz