a
Hava:
14 C
clear sky
Baku
humidity: 94%
wind: 4 m/s SSE
H14 • L14

Fikrət Qoca-Ana

Ana
Əziz anam, şirin sözlü anam,
Qəlbin kövrək, eşqin solmaz bahar.
Gülər üzlü, qara qözlü anam.
Hara getsəm, gözün mənə baxar.
Ana, gəlbim bu laylalarla gəzər
Doğma səsin ömrü, günü bəzər…
Ana, səsin aydın səhər ola,
Ana, qəlbin keşik çəkər bizə.
Yolum üstə uzaq səfər ola,
İşıq dolar nurdan düşən gözə.
Mənim görən gözüm sənsən, ana,
Ömrüm, günüm, özüm sənsən, ana…
Laylay dedin ana, laylay dedin mənə,
Həyat verdin mənə, əziz ana.
Laylan hələ yaşar, laylan ellər aşar,
Günəş kimi yana yana, ana.
Həyat verdin mənə, əziz ana.
Günəş kimi yana yana, ana…
Fikrət Qoca
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz