a
Hava:
19 C
clear sky
Baku
humidity: 52%
wind: 10 m/s NNW
H19 • L19
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıBu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızının doğum günüdür

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızının doğum günüdür

Bu gün Azərbaycanın görkəmli teatr və kino aktrisası Afaq Bəşirqızının doğum günüdür.

Afaq Bəşir qızı 1955-ci ildə Bakı şəhərində böyük Azərbaycan aktyoru Bəşir Səfəroğlunun ailəsində anadan olub.

1979-cu ildə Azərbaycan Dövlət İncəsənət İnstitutunu bitirsə də, aktrisalıq fəaliyyətinə 1973-cü ildə Lənkəran Dövlət Dram Teatrında başlayıb. Afaq Bəşirqızı daha sonra fəaliyyətini  Sumqayıt Dövlət Dram Teatrında və  Azərbaycan Dövlət Musiqili Teatrında davam etdirib.

Hal-hazırda  Azərbaycan Dövlət Musiqili Teatrında çalışan Afaq Bəşirqızı teatr yaradıcılığı ilə yanaşı bir sıra kino və televiziya tamaşalarında da çəkilib.

“Evləri köndələn yar” (Darçınbəyim),   “Yaşıl eynəkli adam” (Zəhra), Əli Əmirlinin “Bala başa bəla” (Suğra),  “Yarımştat” (Ayna),   “Nekroloq”(Gülya)  teletamaşalarında, “Bəxt üzüyü” filmində özünəməxsus obrazlar yaradıb. Peşəsinə olan sevgisi, istedadı və səmimiliyi canlandırdığı obrazları hər zaman tamaşaçıya sevdirə bilməsinə səbəb olub.

Afaq Bəşirqızı pedoqoq kimi çalışdığı  Mədəniyyət və İncəsənət Universitetinin  professor elmi adına layiq görülüb.

Onun Azərbaycan teatrının inkişafında göstərdiyi xidmətlər layiqincə qiymətləndirilib.
17 may 1989-cu ildə Azərbaycan SSR əməkdar artisti, 1993-cü ildə Azərbaycan Respublikasının Xalq artisti fəxri adlarına, 1993-cü ildə və 2003-cü ildə “Qızıl Dərviş” mükafatına layiq görülüb. Bundan əlavə 2013-cü ildə “Şöhrət” ordeni ilə, 2015-ci ildə Azərbaycan Respublikası Prezidentinin fərdi təqaüdü ilə təltif olunub.
13 avqust 2015-ci ildə isə Azərbaycan teatr və kino sənətinin inkişafında xidmətlərinə görə “Azərbaycan Respublikası Prezidentinin fəxri diplomu” ilə təltif edilmişdir.
Afaq xanıma can sağlığı, daima ailə səadəti və yaradıcılığında yeni uğurlar arzu edirik.

Şərh yoxdur

şərhini yaz