a
Hava:
20 C
clear sky
Baku
humidity: 60%
wind: 7 m/s NNW
H20 • L20
HomeQadın və ictimaiyyətBu günümüzün qadınlarıAzərbaycanda elmi informasiya xidmətinin fədaisi – Aybəniz Əliyeva-Kəngərli

Azərbaycanda elmi informasiya xidmətinin fədaisi – Aybəniz Əliyeva-Kəngərli

 

Azərbaycanda elmi informasiya xidmətinin fədaisi – Aybəniz Əliyeva-Kəngərli

60-cı illərin sonlarında hakimiyyətə gəlmiş ümummilli liderimiz, ulu öndər Heydər Əliyevin milli dövlətçilik düşüncəsi ilə həyata keçirdiyi bir sıra tədbirlər cəmiyyətdə əsaslı dönüş yaratdı. Məhz elə həmin dövrdə professor A.Xələfov bu diqqət və qayğıdan ilhamlanaraq kitabxana işi sahəsində bir “cəhad” elan etdi və beləliklə də yüksək təhsilli mütəxəssislərin yetişdirilməsinə və peşəkar kadrların hazırlanmasına başlandı.

Artıq 70-ci illərin sonlarında kitabxanaşünas-biblioqraf ixtisası üzrə professor A.Xələfov elmi məktəbini keçmiş onlarla alim, mütəxəssis ordusu yetişmişdi. Onlardan biri də həyatını kitabxana quruculuguna və elmi informasiya xidmətinə fəda etmiş görkəmli kitabxanaşünas alim, filologiya üzrə elmlər doktoru Aybəniz Əliyeva-Kəngərlidir.

Aybəniz Əliyeva-Kəngərli elmi və təcrübi yaradıcılığının ən məhsuldar dövrünü Azərbaycan Milli Elmlər Akademiyası Mərkəzi Elmi Kitabxanasının fəaliyyətinə həsr etmişdir. Bu səbəbdən mütəxəssislər onu həm də real təcrübədə formalaşmış menecer kimi də dəyərləndirir. BDU-nun Kitabxanaçılıq-informasiya fakültəsində Aybəniz Əliyeva-Kəngərli fəaliyyətini davam etdirməklə yanaşı kitabxana sahəsinin təcrübi problemləri ilə də ciddi məşgul olan alim öz həmkarlarından hər zaman bir addım irəlidə idi, çünki praktika nəzəriyyə kimi rahat və problemsiz deyildi.

Kitabxanada təcrübənin diktə etdiyi sərt reallıq hökm sürürdü, ya bu reallıqla barışmaq, vərdiş halına çevrilmiş yanlışlara boyun əymək, ya da yeniliklərə doğru yelkən açıb mübarizə etmək lazım idi.

AMEA Mərkəzi Elmi Kitabxanası Azərbaycanın görkəmli ziyalıları N.Nərimanov, Ə.Haqverdiyev, T.Şahbazi, H.Zeynallı və başqalarının təşəbbüsü və dəstəyi ilə 1923-cü ildə “Azərbaycanı Tədqiq və Tətəbbö Cəmiyyəti”nin nəzdində yaradılmış bir elm məbədi, milli xəzinədir. Kitabxanaya müxtəlif illərdə H.Zeynallı, S.Yəhyazadə, Y.Tahirov, N.Axundov, R.Kazımov, M.Həsənova, E.Əfəndiyev kimi Azərbaycanın görkəmli şəxsiyyətləri-alim və ziyalıları rəhbərlik etmişdir.

Aybəniz Əliyeva-Kəngərli belə dərin tarixi köklərə və ənənənələrə sahib bir elm ocagında rəhbər kimi məsuliyyətini yaxşı anlayır, sələflərinə layiq olmağa çalışırdı.

Məhz bu hədəflər sayəsində qısa müddət ərzində AMEA Mərkəzi Elmi Kitabxanasında illər boyu formalaşmış sağlam ənənələri qorumaqla onların əsasında yeni kitabxana texnologiyaların tətbiqinə başlanıldı. Kitabxana bir çoxlarının adət etdiyi steriotipleri sındırdı, ciddi, elmi müəssisə kimi qəbul olunmaga başlandı.

Məlumdur ki, Azərbaycanda kitabxanalara uzun müddət bir təsərrüfat obyekti kimi baxılırdı. Kiçik müəssisə kitabxanalarına rəhbərlik edən şəxsin səriştəsizliyi nəzərə çarpmasa da, böyük müəssisələrdə acınacaqlı bir mənzərə yaradırdı. Təəsüf ki, belə münasibət 2000-ci illərə qədər də davam etdi.

Bir çox məmurlar bir tərəfdən qədəm qoyduğumuz XXI əsri “informasiya əsri” adlandırır, digər tərəfdən isə cəmiyyət üçün ən vacib və ən əhəmiyyətli bir informasiya müəssisəsi hesab olunan kitabxanaya “vəzifəli” şəxslərin cəmiyyətdə heç bir işə yaramayan, bəzən isə təhsil və mədəniyyətdən uzaq olan qohum-əqrabalarını rəhbər təyin edirdilər. Etiraz edənlərə isə belə cavab verirdilər: “….kitabxanadı də, nə olacaq?….”

Nəhayət kitabxana və kitabxanaçı peşəsinə tələbat elə bir səviyyəyə gəlib çatdı ki, mütəxəssis iki seçım qarşısında qaldı: ya öndə olmalısan, ya da ümumiyyətlə “gözə görünməməlisən”. Bu artıq nə inzibati amirlik dövrünün tələbi, nə də onun yaratdığı bürokratik əngəl idi. Bu müasir qloballaşma və informasiya əsrinin tələbi idi. Belə bir mühitdə kitabxananın nüfuzu və hörməti yalnız ona rəhbərlik edən şəxsin “ nüfuzundan” və peşəkarlığından, onun yaratmış oldugu komandadan asılı olur.
2000-ci illərdə Azərbaycan Diplomatiya Akademiyasının yaradıcısı H.Paşayev qurulmaqda olan akademiyanın kitabxanasının formalaşdırılması üçün ABŞ-dan xüsusi mütəxəssis dəvət edəndə bir çox “ziyalılarımız” təəccüb etdilər.

Bəlkə də heç bir işə yaramayan qohumlarını yerləşdirmək istəyirmiş kimi, təəssüfləndilər. Bəziləri isə “buna nə ehtiyac var?” deyərək özünü çox agıllı göstərmək istəyirdi.
Belə münasibətlər sistemində qabaqcıl müəssisə yaratmaq və innovasiyalar tətbiq etmək olduqca mürəkkəb və çətin bir işdir. Aybəniz Əliyeva-Kəngərli məhz bu tələblər müstəvisində ilk dəfə olaraq Azərbaycan informasiya məkanına “hibrid kitabxana” anlayışını dövriyəyə daxil etdi və AMEA Mərkəzi Elmi Kitabxanasının müasir milli modelini hazırladı. “Müasir texnologiyaların tətbiqi öz yerində, bunu etməliyik, ancaq unutmaq olmaz ki, kitabxanalarımız həm də bizim mədəniyyətimizin daşıyıcısıdır, onun klassik ifadəsini də qorumalıyıq”… bu təkcə bir elm adamının, ziyalının səsi deyil, eyni zamanda bir maarifçi kiabxana təəssübkeşinin harayı, çağırışı idi.

“Azərbaycan Respublikasında kitabxana-informasiya sahəsinin 2008-2013-cü illərdə inkişafı üzrə Dövlət Proqramı” qəbul edildikdən sonra, mühüm bir respublika əhəmiyyətli kitabxana-informasiya müəssisəsi olaraq, AMEA Mərkəzi Elmi Kitabxanası da böyük məsuluyyətlə qarşıda duran vəzifələrin icrasına başladı.

Dövlət Proqramının məsuliyyətini yaxşı dərk edən Aybəniz xanım və onun peşəkar kitabxanaçı heyəti “Dövlət Proqramının həyata keçirilməsi üzrə Tədbirlər Planı”nda nəzərdə tutulmuş hər bir işin nəticələri barədə vaxtlı-vaxtında geniş ictimaiyyət qarşısında hesabat verir, təqdimatlar edir və görülən işlər barədə kitabxananın çoxminlik geniş oxucu kütləsini və kitabxana mütəxəssislərini məlumatlandırırdı. Bu proqram kitabxana işinin müasirləşdirilməsi və inkişafı baxımından çox əhəmiyyətli idi. AMEA Mərkəzi Elmi Kitabxanasının hər bir uguru ictimaiyyətlə paylaşılır, Mədəniyyət Nazirliyinin qurumları yalnız arayışlar yazırdı. İşləyənlə işləməyənin heç bir fərqi yox idi. Nəticədə dövlət proqramının bəzi maddələri həyata keçirilmədi.

29 aprel 2011-ci il tarixində Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev “Azərbaycan Milli Elmlər Akademiyasının maddi-texniki bazasının möhkəmləndirilməsi haqqında” Sərəncam imzaladı. Sərəncama görə AMEA Mərkəzi Elmi Kitabxanasının yeni binasının 2011-2013-cü illərdə “Akademiya şəhərciyi” ərazisində (Hüseyn Cavid prospekti, 31) tikilməsi təmin olunmalı idi. Artıq 28 noyabr 2011-ci il tarixində prezident, cənab İlham Əliyev Mərkəzi Elmi Kitabxana üçün yeni binanın təməlqoyma mərasimində iştirak edərək tövsiyyə və tapşırıqlarını verdi. Bu hadisə AMEA Mərkəzi Elmi Kitabxanasının tarixində yeni mərhələ idi. Aybəniz Əliyeva-Kəngərlinin bilavasitə təşəbbüsü, təşkilatçılıq başarıgı və nüfuzu hesabına əldə edilən bu uğur nəinki kitabxana kollektivinin, bütün akademiya işçilərinin-alim və mütəxəssislərin ürəyindən xəbər verdi.

Kitabxananın 2014-cü ildə istifadəyə verilməsi zamanı nəzərdə tutulan planlar haqqında o zaman çap olunmuş bir məqalədə belə yazılır: “Kitabxananın oxu zalları eyni vaxtda 700-dək oxucuya xidmət gös¬tə¬rə¬cək. Abunə xidməti eyni vaxtda 80 oxucuya hesablanмышдыр.

Birinci mərtəbədə mu¬zey, gözləmə zalları və kafeteriya olacaq. Kitabxanada xüsusi bərpa, cildləmə və surətçıxarma emalatxanaları da fəaliyyət göstərəcək. Burada elektron ax¬tarış, ekspress abunə və sifarişlər, fotolaboratoriya, mini mətbəə, kitab və sə¬nəd¬lərin çeşidlənməsi və dəstləşdirilməsi otaqları, kartoteka, arxiv yerləşəcək.

Kitabxananın ikinci mərtəbəsində isə kitab satışı mərkəzi, üç oxu zalı, server və istirahət otaqları nəzərdə tutulmuşdur. Digər mərtəbələrdə də konfrans zalı, dis¬sertasiya zalı, elektron nəşrlər zalı və digər oxu zalları istifadəçilərin ixtiyarına veriləcək. Кi-tabxanada, həmçinin elmi-texniki sənədlər, elektron daşıyıcılar, mübadilə, çert-yojlar, xəritələr, film və mikrofilm fondları da yaradılacaq.

Bundan əlavə, ki-tabxanada beynəlxalq mübadilə, dəstləşdirmə, elmi-informasiya, elmi-bib¬lioq-rafiya, kitabxanaçılıq və informasiya, yüksək informasiya və kommunikasiya şöbələri fəaliyyət göstərəcək. Şöbələrin nəzdində isə dəqiq, humanitar və ic¬timai elmlər, siyasi, biblioqrafiya, akademiklər, neft kimyası, Azərbaycanşünaslıq mərkəzi, elektron kataloq tərtibatı, nadir və qiymətli nəşrlər, incəsənət, xə¬ritə və çertyojlar, təbiət və texniki elmlər, ictimai və humanitar bölmələri də fəaliyyət göstərəcək. Burada, həmçinin linqvistik mərkəz də yaradılacaq. Binada 10 müasir lift, birinci və ikinci mərtəbələrin arasında isə eskalator quraşdırılacaqdır”.

Bu gün artıq altı ildir ki, fəaliyyət göstərən AMEA-nın Mərkəzi Elmi Kitabxanası qarşıya qoyulmuş bu vəzifələrin nə qədər öhdəsindən gələ bilir? sualına mütəxəssislər bir araşdırma aparsın. Heç şübhəsiz xeyli işlər görülüb. Ancaq AMEA Mərkəzi Elmi Kİtabxanası artıq elmi-tədqiqat mərkəzi deyil.

Azərbaycanın ən nüfuzlu elmi kitabxanasının yaradılmasının100 illiyinə az qalıb. Yəqin ki, 100 illik yubiley dövlət səviyyəsində xalqımızın, elmimizin şərəfinə layiq səviyyədə keçiriləcək. Bu 100 il müddətində AMEA Mərkəzi Elmi Kitabxanasını elmi-tədqiqat institutu səviyyəsinə yüksəldən, kitabxananı elmi-informasiya xidməti müəssisəsi olmaqla yanaşı sahəsinin ilk elmi-tədqiqat mərkəzinə çevirən məhz Aybəniz xanım oldu.

Bu gün Aybəniz xanımın istək və arzuları, planları, həyata keçirmək istədiyi bütün əməlləri elmi rəhbəri olduğu onlarla doktorant və dissertantın elmi-tədqiqat işlərində reallaşmaqdadır. O, kitabxana təcrübəsi və nəzəriyyəsində edə bildiklərini etmiş, etmək istədiklərini də indi yetişdirdiyi mütəxəssislər vasitəsi ilə həyata keçirir. Alimin bir arzusunun min arzuda gerçəkləşməsi insana verilən ən böyük fürsət, ən böyük mirasdır. Bu gün “qaçqınlar üçün ayrılmış yardımların 300-ünü paylayın, 200-ini özümüzə saxlayın” düşüncəsinin hələ də mövcud oldugu bir mühitdə həyatını, saglamlıgını, gücünü, potensialını xalqın kitab və kitabxana mədəniyyətinə həsr edən İNSAN bir fədai olaraq xalqın mədəniyyət tarixində əbədi olaraq yaşayacaqdır.

Azərbaycan kitabxanalarında həyatını xalqının təhsil və mədəniyyətinə həsr etmiş çox fədakar insanlarımız var və bu maarif fədailərini görmək, üzə çıxarmaq, tanıtmaq da bizə miras olmalıdı. Bunu biz etməliyik ki, bizim üçün də bir gün etsinlər…
Kazimi P.F.
tarix üzrə fəlsəfə doktoru, dosent
Məmmədova K.Ə
AMEA Məhəmməd Füzuli adına Əlyazmalar İnstitutunun dissertantı

 

Şərh yoxdur

şərhini yaz