a
Hava:
16 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SSE
H16 • L16
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanın Milli Qəhrəmanı – Gültəkin Əsgərova

Azərbaycanın Milli Qəhrəmanı – Gültəkin Əsgərova

Gültəkin Əsgərova
1960–cı il noyabrın 20-də Bakıda anadan olub. Azərbaycan Dövlət Tibb Universitetini bitirib. Əmək fəaliyyətinə 8 nömrəli təcili tibbi yardım stansiyasında başlayıb, 1991-ci ildən Uroloji Kliniki Xəstəxanada işləyib. 1992-ci ildə Qarabağ müharibəsi başladığı zaman, öz körpəsini anasına əmanət edərək, erməni gülləsindən yaralanan əsgərlərə yardım etmək üçün könüllü olaraq cəbhəyə yollanıb, Turşsu, Şuşa xəstəxanalarında, Ağdamın Mahrızlı kəndindəki hospitalda hərbi həkim kimi fəaliyyət göstərib. 1992-ci il iyulun 19-da Aranzəmin yüksəkliyi uğrunda gedən döyüşlərdə qəhrəmancasına həlak olub. Ölümündən sonra, 1993-cü ildə Azərbaycanın Milli Qəhrəmanı adına layiq görülüb. Həlak olduğu yüksəkliyə, Xəzərin sularında üzən bir gəmiyə, ailəsində isə bir körpəyə onun adı verilib.

Şərh yoxdur

şərhini yaz