a
Hava:
12 C
clear sky
Baku
humidity: 87%
wind: 6 m/s SE
H12 • L12
HomeQadın və ictimaiyyətDünyada tanınmış qadınlarDünyanın ən çirkin qadını” adlandırılan Lizzie Velazquez

Dünyanın ən çirkin qadını” adlandırılan Lizzie Velazquez

Dünyanın ən çirkin qadını” adlandırılan Lizzie Velazquez

1989 təvəllüdlü Lizzie kiçik yaşlarından səhhəti ilə bağlı problemlər yaşayıb,belə ki həkimlərin bütün səylərinə baxmayaraq o kökələ bilməyib. Nə qədər kalorili yeməklər yesə belə,çəki almayıb.Bu vəziyyət özüylə bərabər Lizzie’nin həyatında bir sıra çətinliklərə səbəb olub.
Bir gün səhər oyananda sosial şəbəkələrdə “Dünyanın ən çirkin qadını” kimi etiketləndiyini görür və bu hal onu çox sarsıdır. Verdiyi müsahibələrdən birində bunu gördüyü gündən ağladığını və vəziyyətdən çıxış yolu tapmağın vacibliyini anladığını qeyd edir. Çox keçmədən o bu yolda ilk addımlarını atmağa başlayır və özü kimi kökəlmə ilə bağlı problem çəkənlərə psixoloji dəstək və motivasiya tipli seminarlar verməyə başlayır. Həyata olan bağlılığı və öz şəxsiyyətinə duyduğu dərin sevgi və rəğbət hissi milyonlarla insana örnək olur. Lizzie yaddaşlarda öz fiziki görünüşü və gözəlliyi ilə deyil,əməlləri və insanlara verdikləri ilə qalmağa üstünlük verir və bunu layiqincə yerinə yetirir. Bugün Lizzie’nin öhdəsindən gəldiyi bu çətin vəziyyət və həyata qarşı olan dirənci bir çoxuna ilham və yaşam mənbəyi olmuşdur.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz