a
Hava:
23 C
clear sky
Baku
humidity: 46%
wind: 7 m/s SSE
H23 • L23
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanın ilk qadın xeyriyyəçilərindən biri-Səfiyə (Sona) xanım Tağıyeva

Azərbaycanın ilk qadın xeyriyyəçilərindən biri-Səfiyə (Sona) xanım Tağıyeva

Azərbaycanın ilk qadın xeyriyyəçilərindən biri-Səfiyə (Sona) xanım Tağıyeva

Səfiyə xanım Tağıyeva Hacı Zeynalabdin Tağıyevin açdığı qızlar məktəbinin qəyyumluq şurasının üzvü kimi onların təlim-tərbiyəsinə fikir verirdi.
XIX əsrin sonu-XX əsrin əvvəlləri Bakı Müsəlman Xalq Xeyriyyə Cəmiyyəti idarə heyətinin sədri olan Səfiyə xanım cəmiyyət yoxsul qızlar üçün məktəb açmışdı. Məktəb Azərbaycan qızlarının savadlanmasında, onlara milli-mənəvi dəyərlərin aşılanmasında, ailə və cəmiyyətdə öz hüquqlarını anlamasında böyük rol oynamışdır.
Səfiyə xanım Bakı milyonçusu, mesenant Hacı Zeynalabdin Tağıyevin nəvəsidir. Milyonçunun nəvəsi Səfiyə xanım uşaqlıq illərini babasının yanında keçirmiş günlərini belə xatırlayır:. “Həmişə onun yanında oturardım, mənə ata-anamdan yaxın idi. Onunla böyümək bilirsiniz nə deməkdir? Axı o çox ağıllı adam idi…
Günlərin bir günündə bağımıza baxan Vahab dayı bir kişini gətirib gəldi.Mən də babamın yanında oturmuşdum. Kişi dedi ki, “Hacı, mən burada, qonşuluğumuzda oluram. Oğlumu nişanlamışam, amma evləndirə bilmirəm, çünki pulum yoxdur.” Babam Vahab dayıya tapşırdı ki, ona filan qədər pul versin… Kişi durub gedəndə babam onu qapıya qədər yola saldı və birdən gözü pəncərəyə sataşdı. Soruşdu ki, pəncərədə görünən nədir? Kişi dedi ki, ” Hacı, məni bağışla, bura gələndə yoldaşım 5 ədəd yumurta qoydu, utandım onu sənə verim, qoydum bura. Babam dedi ki, “sənin arvadına kim deyib ki, mənim boğazım ağrıyır, buna görə də mən həmişə yumurta içirəm. Çox sağ ol ki, bunları gətirmisən. Tök bunları qaba, gətir içim.” Kişi daha pərt olmadı sevincək halda evinə getdi.
Hacı belə adam idi…”

Aynur Turan 

Mənbə:”Yüz Türk Qadını” kitabı

Şərh yoxdur

şərhini yaz