a
Hava:
13 C
light rain
Baku
humidity: 82%
wind: 10 m/s NNW
H13 • L13
HomeKateqoriyasızAzərbaycan xalqının tarixində ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

Azərbaycan xalqının tarixində ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.

 

Azərbaycan xalqının tarixində ən şərəfli günlərdən biri – Dünya Azərbaycanlılarının Həmrəyliyi Günüdür.
Bu günün əsası 1989-cu ildə Azərbaycanın Naxçıvan Muxtar Respublikası ilə İranın Azərbaycan sərhədinin (SSRİ-İran sərhəddinin) dağıdılması ilə qoyulub. Uzun zaman bir-birinə həsrət qalan azərbaycanlıların Arazın hər iki sahilində Şimali və Cənubi Azərbaycan arasındakı sərhəd dirəklərini yıxması, həftələrlə Araz qırağında gecə-gündüz səslənən birləşmək şüarı əslində azərbaycanlıların bir millət olduğunu bir daha dünyaya bəyan etmək, Azərbaycanı bütövləşdirmək cəhdi idi. Bununla da Həmrəylik günü milli birlik istəyinin rəmzi nişanına çevrildi.
1991-ci ilin 16 dekabrında Naxçıvan Muxtar Respublikası Ali Məclisinin sədri Heydər Əliyev dünya Azərbaycanlılarının birliyini yaratmağın əhəmiyyətini nəzərə alaraq dekabrın 31-ni Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü elan etdi. Ulu Öndərin bu təşəbbüsü mərkəzi hakimiyyətin də dəstəyini qazandı və artıq bütün azərbaycanlılar rəsmən bu günü bayram kimi qeyd edirlər.
Dünya Azərbaycanlılarının Həmrəyliyi Günü dünyanın 70-dən çox ölkəsində yaşayan 50 milyondan artıq azərbaycanlılarla əlaqələrin qurulmasında, onlar arasında birlik və həmrəyliyin bərqərar olmasında mühüm rol oynayır. Bu günün qeyd edilməsi bütün dünya azərbaycanlıları tərəfindən artıq bir zərurətə və mənəvi ehtiyaca, Azərbaycan diasporu üçün ən mühüm bayrama çevrilmişdir.
Həmrəyliyimiz möhkəm və əbədi olsun!

Oktay Səmədov
Pedaqogika üzrə fəlsəfə doktoru dosent

Şərh yoxdur

şərhini yaz