a
Hava:
25 C
clear sky
Baku
humidity: 33%
wind: 9 m/s SSE
H25 • L25
HomeMünasibətlərUşaq hüquqlarıAzərbaycanda 15-17 yaşlı qızlar hər il 3 000-ə yaxın uşaq dünyaya gətirir

Azərbaycanda 15-17 yaşlı qızlar hər il 3 000-ə yaxın uşaq dünyaya gətirir

“15-17 yaş həddində qız uşaqları hər il orta hesabla 3 000-ə yaxın uşaq dünyaya gətirir”.

Bu barədə Milli Məclisin bu gün keçirilən iclasında Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri Bahar Muradova 2019-cu il üzrə illik məlumatı təqdim edərkən deyib.

Hesabatda bildirilir ki, gender bərabərliyinin əsas göstəricilərdən biri olan reproduktiv sağlamlıq baxımından bu məsələ çox önəmlidir. Komitə sədri qeyd edib ki, müşahidə edilən problemlərdən biri də cins balansının pozulmasıdır:

“Ölkəmizdə hər 100 qız uşağına 105-107 oğlan düşür. Aparılmış sorğular nəticəsində hələ də kişilərin 49,5 faizi ailədə qızları yük kimi qəbul edir.

0

Şərh yoxdur

şərhini yaz