a
Hava:
20 C
few clouds
Baku
humidity: 49%
wind: 5 m/s SE
H20 • L20
HomeƏn son xəbərlərAzərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

Azərbaycanlı rejissorun filmi beynəlxalq festivalda

Azərbaycanlı rejissor Tahir Əliyevin “Qırmızı” filmi 20-21 fevral tarixlərində Rusiya Federasiyasının Tatarıstan Respublikasının Kazan şəhərində keçiriləcək ZİLANT Beynəlxalq Film Festivalının finalçıları arasında yer alıb.

Bu barədə Bakı şəhər Mədəniyyət Baş İdarəsindən məlumat verilib.

Film ucqar bir kənddə yaşayan məktəbli qızın kənd yolları boyunca yeni qırmızı ayaqqabılarla gəzmə xəyalından bəhs edir.

ZİLANT Film Festivalı 2017-ci ildən keçirilir və ildə iki dəfə baş tutur.

Şərh yoxdur

şərhini yaz