a
Hava:
16 C
clear sky
Baku
humidity: 63%
wind: 3 m/s SSE
H16 • L16

Ixtiraçı qadınlar

Hər nə qədər bütün yenilikləri ixtira edənlərin kişilər olduğunu düşünənlər az deyilsə də, ixtiraları ilə insanlara böyük töhvələr verən qadınlar da bir o qədər az deyil. İxtiraları ilə adlarını tarixə yazan, həm də həyatımızı asanlaşdıran ixtiraçı qqadınların bir hissəsi ilə tanış olaq: 

Marion Donovan

Uşaq bezlərinin yaradıcısı – Marion Donovan 1951-ci ildə uşaq bezinin patentini alaraq adını tarixə yazdırdı.

 

Lillian Moller Gilbret

Lillian “Superwomen” (Superqadın) adı ilə tanınıb. Buna səbəb isə onun 12 övladının olması olub. Dünyada ilk qadın Sənaye mühəndislərindən olan Lillian qadınların həyatını asanlaşdıran mikser, soyuducunun qapılarındakı rəfləri icad edib.

Josefina Kokrane

İlk qabyuyan maşını tapan və patentini alan qadındır. O, bu ixtiranın patentini  alıb. 1897-ci ildə icadını istehsal etdirərək mətbəx texnikasında bir inqilab yaradıb.

 

Stefani L.Kvolek

Bir qadın olaraq özünü sadəcə  kariyerasına həsr edən Stefanie, 1963-cü ildə “kevlar” adlı materialı taparaq zirehli jileti icad edib.Kevlar, çox yüksək dartılma gərginliyinə dözə bilən liflərdən hazırlanmış bir filament (ip formasında) quruluşdur.

 

Dr. Grace Murray Hopper Harvard

Mark I kompüterinin ilk proqramçılarından olan Hopper, kompüter proqramlaşdırma dilləri üçün ilk tərtibatçının və ilk müasir proqramlaşdırma dillərindən biri olan COBOL-un yaradıcılarından biri olub.

 

Grace Eldering

Pertussis peyvəndini ixtira edən iki alimdən biri
(Pertussis sürətlə inkişaf edən və  yoluxucu xəstəlikdir.  Əsasən 1 ilə 4 yaş arasındakı uşaqlarda görülür.  Bütün uşaqlara tətbiq ediləcək ağartı öskürək peyvəndi, ümumiyyətlə, difteriya və tetanoz peyvəndi ilə birləşdirilir.)

 

Patsy Sherman

1953-cü ildə reaktiv təyyarələrin yanacaqlarından təsirlənməyəcək bir maddənin hazırlanmasında iştirak edərkən köməkçilərdən biri təsadüfən Shermanın ayaqqabılarına işlədikləri qarışıqdan damladır.  Bu zaman ayaqqabılarının bir hissəsinin  ləkələnsə də   bir hissəsinin təmiz qaldığını fərq edən Sherman işin gedişatını geriyə doğru sıralayaraq  bu gün Scotchgard olaraq bilinən ləkə önləyici maddəni ixtira etdi.

 

Tabitha Babbitt

1800-cü illərin əvvəllərində, mişardan yararlana bilmək üçün ən azı iki nəfər lazım idi;  irəli – geri çəkmək üçün .  Tabitha Babbitt daha asan bir yolunu  düşündü və 1813-cü ildə dünyanın ilk dairəvi mişarını bəşəriyyətə təqdim etdi.

Hedy Lamarr

Məşhur kino aktyoru Hedy Lamarr 1941-ci ildə radio siqnallarını yanıldaraq mesajların düşmən əlinə çatmasının qarşısını alan “Gizli Rabitə Sistemi” ixtirasının patentini aldı . 1962-ci ildən bu amerika torpedalarında istifadə olunurdu, və hal-hazırda mobil rabitədə və WiFi-də istifadə olunur.

 

Mery Anderson

Mery Anderson 1903-cü ildə, avtomobillər üçün siləcək ixtira edərək sürücüləri maşını saxlayıb şüşələri təmizləmə problemindən azad etdi.

Qipatiya Aleksandriyskaya

Göy cisimlərinin koordinatlarının ölçü cihazı olan astrolyabiyanın ixtirası qadın-alim, filosof, astronom və riyaziyyatçı Qipatiya Aleksandriyskayanın adı ilə bağlıdır.(b.e. əvvəl 370 ildə)

Kliko Nikol Barbe

1808-ci ildə Kliko Nikol Barbe remyuaja texnologiyasını hazırlayaraq çəhrayı şampan şərabını da süfrələrə ərmağan etdi.

 

Sarah E. Goode

Goode, 1885-ci ildə qatlanan yataq ixtirası ilə Amerikada patent alan ilk qaradərili qadındır. Yataq istifadə olunmadıqda qaldırıla bilər və gizlədilə bilər. Yataq istifadə edildikdə, yatağı gizlətmək üçün şkaflar, kitab rəfləri və ya digər məqsədlər üçün istifadə edilə bilər. Goode dizaynı bu gün də istifadə olunur və bir çox fərqli model və rəng seçiminə sahibdir.

 

Sara Meter

Sara Meter 1845-ci ildə sualtı gəmilər üçün periskop icad edib

Nadejda Kojina

Venyada ümumdünya sərgisində 1873-cü ildə ilk dəfə ət konservlərinin hazırlanmasının üsulunu nümayiş etdirib

Ermini Kadol

Qadın qarderobunun bu detalı Ermini Kadol 1889-cu ildə Fransada le Bien-Etre adı altında icad etdi.

Sintiya Vestover

Qaryığan maşını 1892-ci ildə icad edib.

 

Merlitte Bens 

1909-cu ildə qəhvə üçün filtr ixtira edib.

Margaret E. Knight

 

İlk kağız torbanı yaratmış və 19-cu əsrin ən çox söz edilən qadınlarından biri olmuşdur.

 

El Dolores Cons

El Dolores Cons -avtomobil üçün səsboğanın ixtirası məhz bu qadının adı ilə bağlıdır. O bu akustik filtri 1917-ci ildə icad dib.

Van Brittan Brown

Əri Albert ilə birgə Van Brittan Brown, 1960-ci illərdə artan cinayət səviyyəsi və polisin zəif cavabını önləmək məqsədilə ev təhlükəsizlik sistemi yaradırlar.

Jeanne Villepreux-Power

Jeanne Villepreux-Power (1794 - 1871)

İlk akvariumun yaradıcısı məhz bu adındır.

Margaret Wilcox

Gücünü motordan alan avtomobil qızdırıcısını şəkildə gördüyünüz qadın, Margaret Wilcox icad edib.

Olga D Gonzalez-Sanabria

Olga D Gonzalez-Sanabria

Olga D Gonzalez-Sanabria bu texnologiyanı 1980-ci illərdə yaradıb və hazırda Nasanın Glenn Tədqiqat Mərkəzinin mühəndislik üzrə müdiridir.

 

Patrisiya Billinqs

Silikonu heykəltəraş olan Patrisiya Billinqs 1970-ci ildə icad edib.

Sarah Walher

Düzləşdirici saç feninin ixtiraçısı ilk qaradərili milyoner Sarah Walherin adı ilə bağlıdır.

Dr. Shirley Ann Jackson

Dr. Shirley Ann Jackson amerikalı nəzəri fizikdir. Onun 1970-ci illərdə apardığı araşdırma, zəng edənin kimliyi və zəng gözləmənin yaranmasına səbəb olub. Onun telekommunikasiya üzrə nailiyyətləri portativ faks, fiber optik kabellər və günəş batareyalarının ixtirasına yol açıb. O, Massachusetts Texnologiya İnstitutunda fəlsəfə doktoru dərəcəsini qazanan və yüksək səviyyəli tədqiqat universitetinə rəhbərlik edən ilk Afrika-Amerika əsilli qadındır.

Alice H. Parker

Parker, 1919-cu ildə mərkəzi istilik sisteminə ilk patentini aldı. Sistem otaq temperaturunu tənzimləyə və temperaturu otaqdan otağa ötürə bilirdi. Daha sonra qazını qızdıraraq işləyən sobanın layihəsini rəsmlərinə əlavə etdi və patentləşdirdi. Bu sistemlə evdə istilik məqsədi ilə istifadə olunan bütün cihazlar tək bir mərkəzi istilik sisteminə qoşulmuşdur. Bu gün də bir çox evdə istifadə olunan bu sistem diqqət çəkməyə davam edir.

Ann Tsukamoto

Kök hüceyrəsi izolyasiyasının patentini  1991-ci ildə alıb. Tsukamoto-nun bu elmi işi xərçəng xəstələrinin qan sistemini anlamaqda böyük rol oynayıb və həllinə də yol aça bilər.

Dr. Ellen Ochoa

Ellen, Latın Amerikalı mənşəli ilk astronavt olma adına sahibdir. Həm də NASA-da alim kimi çalışır. 1987-ci ildə patentləşdirdiyi ixtirası bir çox mürəkkəb hissənin keyfiyyətinə nəzarət zamanı istifadə olunur. Ochoa daha sonra robot hissələrinin keyfiyyətinə nəzarətdə istifadə olunan optik analiz sistemləri adlı ixtirasını inkişaf etdirdi. Sonuncusu 1990-cı ildə olan 3 patentinə sahibdir.

 

Patricia Bath

Patricia Bath (1942 - )

1981-ci ildə lazerdən istifadə edərək katarakt üçün sürətli və ağrısız bir müalicə metodu inkişaf etdirən Bath, bu ixtirası ilə eyni zamanda tibb sahəsində patent alaraq Afrikalı bir Amerikalı qadın oldu.

Bette Nesmith Graham

Rəssamların şəkillərindəki səhvləri düzəltmək üçün apardıqları prosesdən ilhamlanaraq  Graham maye korrektor istehsal etmək  qərarına gəlir. Evdəki qarışdırıcıdakı ilk düzəldici mayeni qarışdıraraq ilk öncə iş  yerində sənədlərdəki səhvi düzəltmək məqsədi ilə istehsal edir. Bir neçə sınaqdan sonra, məhsulunun sınaq versiyasını buraxmaq üçün çox vaxt sərf etdiyi üçün iş yerindən qovulan Grahman 1958-ci ildə məhsulunu patentləşdirir.

Anna Stork ve Andrea Sreshta

Anna Stork ve Andrea Sreshta

Haiti 2010-cu ildə böyük zəlzələyə məruz qalanda Anna Stork və Andrea Sreshta, Kolumbiya Universitetində memarlıq təhsili alan iki tələbə idilər. Zəlzələnin yaratdığı fəlakəti yüngülləşdirəcək bir layihə hazırlamaq üçün verdikləri mühazirədə ikili bu cür fəlakətlərdən sonra işıq mənbəyi çatışmazlığını aradan qaldırmaq üçün yola çıxdı və şişə bilən, su keçirməyən və günəş enerjisi ilə işləyən bir işıq mənbəyi inkişaf etdirdi.

Reyhan Camalova

Reyhan öz məktəbli dostları və fizika müəllimləri ilə birlikdə yağış suyundan enerji istehsal edən “Rainergy” qurğusunu yaradıb. Bu qurğunun prototipi hazırda 22 led lampanı işıqlandırır və 22 vatt enerji yaradır. 2018-ci ildə bu layihəsi ilə Forbes jurnalının 30 yaşdan aşağı 30 asiyalı siyahısına düşüb.

AynurA

 

 

Şərh yoxdur

şərhini yaz