a
Hava:
19 C
few clouds
Baku
humidity: 72%
wind: 11 m/s NNW
H19 • L19

Yaxşılıq…

Yaxşılıq… Həyatda insanlıq adına xüsusi vaxt, bacarıq, maddi vəsait sərf etmədən də edə biləcəyimiz gözəllik…

Çoxmu çətindir bunu etmək? Yaxşılıq etmək üçün qəhrəmanlıq edib, dastan yazmağa da ehtiyac yoxdur. Bir xoş cavab, xoş rəftar, təbəssüm ilə birinə xoş hisslər yaşatmaq da bir yaxşılıqdır . Bildiyimiz bir məlumatı onun arayışında olandan əsirgəməmək də bir yaxşılıqdır. Ya da birinin ayağı ilişib yıxılmasın, zərər görməsin deyə yolun ortasındakı bir daşı götürüb kənara atmaq da. Birinin sevincinə və ya kədərinə şərik olmaq da yaxşılıqdır, ümidini itirmiş birini xoş söz ilə ümidləndirmək də, dərdli birinə iki kəlmə ilə təsəlli etmək də…
Birini başına gələ biləcək pis hadisənin qarşısını almaq da bir yaxşılıqdır. Birinin haqqındakı pis söhbəti yarıda durdurmaq da…
Və bir şey daha, yaxşılıq edərkən heç vaxt qarşılıq gözləməsək də, əmin olun ki, o bizə bir gün geri dönəcək…
Yaxşılıq balığa atılmış bir yem kimidir. Dalğa yaradar. Öncə səni xoşbəxt edər , sonra yaxşılıq etdiyini, daha sonra buna şahid olanları…
Bir yaxşılıq sonsuz sayda dalğa yaradar. Bizə geri dönəcək bir dalğa…

etiketlər
Şərh yoxdur

şərhini yaz