a
Hava:
13 C
clear sky
Baku
humidity: 88%
wind: 4 m/s SSE
H13 • L13
HomeFaktlar və hadisələrDostluq baş beyin qabığının altında imiş

Dostluq baş beyin qabığının altında imiş

Dostluq baş beyin qabığının altında imiş

İnsan beynində “dostluq zonası” aşkar edilib. Böyük Britaniyalı alimlər insanın dostluq münasibəti saxlamaq qalibiyyəti ilə baş beynin prefrontal qabığı arasında birbaşa asılılığı müəyyən ediblər.
Bu nahiyə gözlərdən azacıq yuxarıda yerləşir.O, insanın koqnitiv fəaliyyətinə, o cümlədən, insanın başqaları ilə ünsiyyətinə və onların emosional vəziyyətini anlamağına cavabdehdir.
Britaniyalılar bu kəşfi etməkdən ötrü MTR (maqni-rezorans müayinəsi ) vasitəsilə qırx nəfər könüllünün beyninin fəaliyyətini öyrənməli olublar. Onlar həm də eksperiment iştirakçılarının sosial aktivlik baxımından son həftəni necə keçirmələri ilə maraqlanıblar.
Sınaq iştirakçıları ilə ünsiyyət zamanı tədqiqatçılar aydınlaşdırıblar ki, dostu və sosial kontaktları çox olan iştirakçının beyninin prefrontal qabığı daha çox inkişaf edib.
Alimlərin fikrincə, bu kəşf insanın təkamülünə səbəb olan mexanizmləri anlamağa kömək edək. Belə ki, son 1,5 milyon il ərzində insan beyninin alın payı xeyli böyüyüb.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz