a
Hava:
14 C
clear sky
Baku
humidity: 77%
wind: 2 m/s SE
H14 • L14

Harriet Tubman

Harriet Tubman – Amerika vətəndaş müharibəsi zamanı Konfederasiya əleyhinə işləyən və Birliyin lehinə casusluq edən fəal, köləliyə qarşı mübarizə aparan üsyançı və tibb bacısı.
Amerikada köləliyin geniş yayıldığı vaxtlar qul olaraq doğulan Tubman 1849-cu ildə köləlikdən qaçır və Pensilvaniya ştatının Filadelfiya şəhərinə gedir. Bir müddət sonra doğulduğu yerə qayıdıb ailəsini köləlikdən xilas edir.
Bununla yetinməyən Tubman kölə həmcinslərini əsirlikdən qurtarmaq üçün gizli bir dəstə yaradır və 700-ə yaxın adamı əsirlikdən azad edir. O, “yeraltı dəmir yolu” adlandırdığı gizli yollarla kölələri azad edir və” təhlükəsiz evlər”ə yerləşdirirdi.
Bu mövzuda lider kimi qəbul edilən Harrietdən soruşurlar:
-Qulları xilas edərkən ən çox nədə çətinlik çəkmisən?
Harriet dərindən köks ötürüb deyir:
– Bir köləni kölə olmadığına inandırmaqda…

AynurA

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz