a
Hava:
19 C
few clouds
Baku
humidity: 72%
wind: 11 m/s NNW
H19 • L19
HomeFaktlar və hadisələr“Şərqq qadını” jurnalı

“Şərqq qadını” jurnalı

Şərq qadını-ictimai-siyasi və ədəbi-bədii jurnal. İlk nömrəsi 1923-cü ilin noyabr ayında Bakıda çıxmışdır. Jurnal Azərbaycanda, eləcə də bütün Şərq aləmində qadın azadlığı uğrunda mübarizə aparan, qadınlar arasında azadlıq ideyalarını geniş yayan ilk qadın jurnalı olmuşdur.

İlk redaktoru Ayna Sultanova idi. Uzun illər srzusunda olduğu “Şərq qadını” jurnalının nəşrini Cəlil Məmmədquluzadə böyük şadlıqla qarşılamış, “Molla Nəsrəddin” də dərc etdiyi “Şərq qadını” məqaləsində onu ürəkdən təbrik etmişdir. “Şərq qadını” jurnalında Cəlil Məmmədquluzadənin “Hünərli qadınlar” , “İki ər”, “Bir balaca yanlışlıq” hekayələri, “Köhnə dərdim”, “Mirzə Fətəli Axundov və qadın məsələləri” , “Mirzə Fətəli Axundov dinlər haqqında” məqalələri dərc olunmuşdur. “Şərq qadını məsələsini” özünün “köhnə dərdi” adlandıran Mirzə Cəlil yazırdı ki, “bütün ömrümdə vurduğum qələmin çox hissəsi Şərq qadını məsələsi üstündə vurulub”. Şərq qadını “şəriətin kəməndindən, müsəlmançığın zəncirindən, hərəmxanaların zindanlarından, qara çarşabın zülmətindən” azad görmək istəyən ədib “Şərq qadını” jurnalının redaktoru Xavər xanımın “Ey Şərq qadınları, oxuyun, oxuyun, oxuyun! Əgər oxuyub savad və elm qazansanız, onda azadlığın qədrini bilərsiniz. Onda xoşbəxtlik yolunu taparsınız; oxumasaz, qaranlıqda qalacaqsınız, oxumasaz, bədbəxt olmanızdan savayı,uşaqlarınızı da bədbəxt edəcəksiniz” müraciətini alqışlayır və ona azad Şərq qadınını tərbiyə etməkdə, ona həqiqi yol göstərməkdə, öz vəzifəsini başa salmaqda, qadınlıq şərtlərini anlatmaqda, analıq borcunu və övlad tərbiyəsi məsələlərini yerinə yetirməkdə uğurlar arzulayırdı. Jurnal 1938-ci ilin fevralından başlayaraq “Azərbaycan qadını” adı altında çap olunmağa başlayır.

      1923-cü il “Şərq Qadın jurnalında” Azərbaycanlı qadınların çadrasının çıxarılması fotosu
əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz