a
Hava:
13 C
few clouds
Baku
humidity: 82%
wind: 3 m/s NNW
H13 • L13
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıMillət vəkili seçilən ilk müsəlman qadın-Pərixanım Sofiyeva

Millət vəkili seçilən ilk müsəlman qadın-Pərixanım Sofiyeva

Millət vəkili seçilən ilk müsəlman qadın-Pərixanım Sofiyeva

O, müsəlman dünyasında demokratik yolla millət vəkili seçilən ilk qadındır. Əslən azərbaycanlı olan Gürcüstanın millət vəkili, 5 qardaşı”vətən xaini” damğası ilə güllələnən, Kişi Pəri” ləqəbi ilə tanınan Pərixanım Sofiyeva.
Nəinki Gürcüstan, hətta Azərbaycandan da insanlar onun yanına gedərək məsləhət almışlar. 1884-cü ildə Gürcüstanın azəbaycanlılar yaşayan Qaracalar kəndində zəngin bir ailədə dünyaya gəlib.Ailədə 9 qardaş, 3 bacı olublar. Qoçaqlığı ilə tanınan Pərixanım qardaşlarına da rəhbərlik edir. O, həm də xeyriyyə işləri ilə də tanınır. Banklardan xərac alaraq kimsəsiz uşaqlar üçün sığınacaq açır. Gənc xanımların təhsil almasına diqqət yetirir. Tiflisdəki evini təmənnasız olaraq bir rus həkimin ailəsinə verir.1918-ci ildə Gürcüstan müstəqillik əldə etdikdən sonra Gürcüstan Sosialist Federalistlər Partiyasını məğlub edərək yaşadığı ərazidən bitərəf millət vəkili kimi Gürcüstan parlamentinə daxil olur. O, dünyada demokratik yolla deputat seçilən ilk müsəlman qadın hesab edilir. Araşdırmacı-tarixçi iraklı Xvadagiani yazır: “1918-ci ildə müsəlman qadının deputat olması ağlasığmazdır. Təsəvvür etmək o necə çətindir ki, o necə nüfuza sahib imiş”. Nəinki Gürcüstandan, hətta Azərbaycandan da insanlar onun yanına məsləhətə gedirmiş. Heç o vaxt ailə qurmayıb, qardaşının qızını övladlığa götürüb.Gürcüstan bolşeviklər tərəfindən işğal edildikdən sonra 1921-ci ildə onun bütün mülklərii müsadirə olunub. Pərixan Sofiyeva Bolşeviklərə və SSRİ -yə nifrət edir. Ahıl yaşa qədər Mauzer silahı ilə gəzir. Stalinin əmri ilə 5 qardaşı güllələnir və kütləvi məzarlıqda dəfn olunurlar.Sonradan onların nəşini də tapmaq olmur. İmkanlı və təmiz nəsil olduqları üçün onların çoxu “Vətən xaini”adı ilə həbs edildi. Ona görə də, nəslin bəzi nümayəndələri təqiblərdən qurtulmaq üçün soyadlarını dəyişərək “Məmmədov” edirlər.Qardaşlarının ölümündən sonra bütün ömrünü onların övladlarınınöyüdüb oxutmağa həsr edir.1953-cü ildə (bəzi mənbələrdə 1951-ci il) qardaşı övladlarından birinin həbs edilməsi xəbərini eşidən Pərixanım Sofiyeva infarkt keçirərək dünyasını dəyişir.
Doğulduğu Qaracalar kəndində baxımsız olan məzarı 2018-ci ildə abadlaşdırirılır.
Azərbaycan Milli Elmlər Akademiyasının Coğrafiya İnstitutunun direktoru, akademik Ramiz Məmmədov da bu nəsildəndir.

Aynurə Əliyeva

Şərh yoxdur

şərhini yaz