a
Hava:
15 C
overcast clouds
Baku
humidity: 82%
wind: 8 m/s NNW
H15 • L15
HomeQadın və ictimaiyyətAzərbaycan qadınıAzərbaycanın ilk nazir qadını Ayna Sultanova

Azərbaycanın ilk nazir qadını Ayna Sultanova

Azərbaycanın ilk nazir qadını, “Şərq qadını” jurnalının ilk redaktoru   Ayna Sultanova.

Dövlət və ictimai xadim, Azərbaycanın ilk inqilabçı qadınlarından biri, Q.Musüabəyovun bacısı, H.Sultanovun həyt yoldaşı.
O, Azərbaycan qadınları içərisindən çıxan ilk nazir qadın idi. Azərbaycan SSR Xalq Maarif Komissarı, sonra Xalq Ədliyyə Komissarı vəzifələrində işləmişdir.
Azərbaycan qadın azadlığı hərəkatında böyük rol oynayan Ayna Mahmud qızı (Musabəyova) Sultanova fəaliyyətinə 1912-ci ildə Bakıda “Müqəddəs Nina” gimnaziyasında dərs deməklə başlamışdır.
1917-1918-ci illərdə inqilabi hərəkata qoşulmuşdur. Bakı kommunasının süqutundan sonra Həştərxana getmiş, Zaqafqaziya müsəlmanlarının işləri üzrə komissarlıqda maarif şöbəsinin müdiri olmuşdur.
1919-cu ildə RSFRS Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi işləmişdir. A (b) KP MK aparatında qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsinin müdiri olmuşdur.
1930-1937-ci illərdə Azərbaycan SSR Xalq Maarif Komissarının müavini, Zaqafqaziya Həmkarlar İttifaqları Şurası mədəniyyət bölməsinin və Zaqafqaziya Ölkə Komitəsində qadınlar bölməsinin müdiri vəzifəsində çalışmışdır. Moskvada Qırmızı Professura İnstitutunda oxumuş, AK (b) P MK, ÜİK (b) Zaqafqaziya Ölkə Komitəsi, AK (b) P MİK, Rəyasət Heyətinin, Zaqafqaziya MİK- nin üzvü seçilmişdir. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunmuşdur. Lakin 1937-ci il repressiya tufanı onun da işıqlı həyatına söndürmüşdür.Azərbaycanın ilk inqilabçı qadınlarından biri Ayna Sultanova 1895-də Bakıda doğulub. O,  eyni zamanda Azərbaycanda ilk qadın jurnalı olan “Şərq qadını” jurnalının ilk redaktorudur. Fəaliyyətinə 1912-ci ildə Bakıda “Müqəddəs Nina” gimnaziyasında dərs deməklə başlamışdır.1917-1918-ci illərdə inqilabi hərəkata qoşulmuşdur.1919-cu ildə RSFRS Xalq Xarici İşlər Komissarlığında Yaxın Şərq şöbəsinin katibi, qadınlar şöbəsinin təlimatçısı, fəhlə və kəndli qadınlar şöbəsinin müdiri olmuşdur. Qırmızı Əmək Bayrağı ordeni ilə təltif olunsa da 1937-ci il repressiya tufanı onun da işıqlı həyatına söndürmüşdür. 3 iyul 1938-ci ildə “xalq düşməni” adı ilə edam edilib.

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz