a
Hava:
14 C
clear sky
Baku
humidity: 88%
wind: 3 m/s SSE
H14 • L14

Keçən əsrin qadınları

Keçən əsrin qadınlarını ailə qədər heç bir şey təısdiq edə bilmədi. Sevgi qədər heç bir şey gözəlləşdirə bilmədi. Övlad qədər heç bir şey dünyaya bağlaya bilmədi. Analıq qədər heç bir şey müqəddəsləşdirə bilmədi. Fədakarlıq qədər heç bir sey ülviləşdirə bilmədi…
Keçən əsrin qadınları hakim deyildilər, kölə deyildilər. Hakim və kölə olmaq üçün ərə getmirdilər. Sevmək,sevilmək üçün gedirdilər. Sirdaş olmaq üçün gedirdilər. Yar olmaq üçün, yoldaş olmaq üçün gedirdilər.Yarını bütövləşdirmək, tamlaşdırmaq, yarımçıqlığın əlindən almaq üçün gedirdilər. Yarı yarıtmaz üçün gedirdilər. Ana olmaq, qadınlığı analıq zirvəsinə qaldırmaq üçün gedirdilər.
Analıq – zəriflikdən qəhrəmanlıq doğurmaqdır.
Analıq – özünü unudub doğmalarda tapmaqdır, özünü doğmaların səadətində göstərməkdir.
Analıq – fədakarlıq məktəbidir.

Analıqda qadınlıq unudulur. Daha doğrusu ülviləşir, yeni şəkil alır. Yeni mahiyyət qazanır.
Analıq qadınlıqdan doğulsa da, qadınlığa sığmır. O qadınlar analığı müqəddəslik taxtına çıxarmaq üçün ailə qururdular. O qadınlar dünyaya yeni insan bəxş etməkm issiyası ilə öyünürdülər. Dünyadan qoparmırdılar, dünyaya verirdilər, dünyanı barındırırdılar. Dünyanıə ksiltmirdilər, artırırdılar. Dünyanı mehrləndirir, doğmalaşdırırdılar. O qadınlar yuvanın közü, odu,hənovu idilər-ömürlərini yandırıb yuvalarınıq ızdırırdılar. O qadınlar bir evin dayağı, bel sütunu tarazlıq nöqtəsi idilər. Kişilər kişilk məktəbi keçirdilər o qadınların yanında-əsilləşirdilər.Keçən əsrin qadınları “köhnə kişilər” tərbiyə edir, “köhnə kişilər” yetişdirirdilər. Dünyaya körpə “köhnə kişilər” gətirirdilər. O qadınların hər şeyi -gözəlliyi, incəliyi, yerişi, duruşu, baxışı, sözü-söhbəti, ədası belə insanda ləyaqət hissi, nəciblik duyğusu oyadırdı. Keçənəsrin qadınları fədakarlıqdan yoğrulmuşdular, fədakarlıq üçün doğulmuşdurlar. Fədakarlıq müqəddəs yük daşımaqdır…Keçən əsrin qadınları gözəlliyi əyləncə vasitəsinə çevirmədilər. Dünyanın heç bir parıltısını aldanmadılar, tamah salmadılar, heç gözlərinin ucu ilə də baxmadılar.İşığa yönəldilər. Əbədiyə üz tutdular. Ona görə zaman qadınlığı onların əlindən ala bilmədi…

©“İşıq” qadın jurnalı № 3 (95), 2018

əvvəlki məqalə
sonrakı məqalə
Şərh yoxdur

şərhini yaz