a
Hava:
13 C
clear sky
Baku
humidity: 94%
wind: 3 m/s SSE
H13 • L13

ƏTİRLİ TƏBİB

ƏTİRLİ TƏBİB

Sitruslar – Bu bitkilərin ətri əhval-ruhiyyəni qaldırır, dərketmə qabiliyyətlərini sürətləndirir. Bu qoxu da sinir oyanıqlığına təsir edir. Həyəcan yaradır.  Hətta alimlər zəng əvəzinə limon ətri saçan saat da düzəltmişlər.  Portağal ətri isə stresi götürür.

Məsləhət: “Tənbəllik” sizi bürüyəndə çoxlu portağal yesəniz, fiziki aktivliyiniz artacaq. İştahınız yoxdursa, limon ətri köməyimizə çatacaq.

 Vanilin və darçın

Bu bitkilərin ətri artıq çəkidən yaxa qurtarmaq istəyənlər üçün yaxşı vasitədir. Çünki bu qoxular şirniyyatdan ala biləcəyiniz  həzzi əvəz edə bilər.

Məsləhət: Vanil və darçın ətrini yeməkdən sonra desert əvəzi qəbul etmək olar. Acqarına bu qoxuları iyləmək iştahanızı artıra bilər.

 

 Lavanda

Lavanda ətri orqanizmi sakitləşdirir.  Bu ətir yataq üçün məsləhətdir. Fasilə zamanı yaxşı dincəlmək üçün iş yerlərində də istifadə etmək olar.

Məsləhət: İş gününün orta saatlarında lavanda yağını iyləmək faydalıdır. Alimlər sübut etmişlər ki, bu yolla işdəki stresi azaltmaq olar.

 

 Nanə

Nanə qoxusu insana adətən gümrahlıq gətirir. Alimlər sübut etmişlər ki, nanənin ətri beynin “səhər oyanış” ını  tənzimləyən nahiyəsinə müsbət təsir göstərir. Təcrübə nəticəsində müəyyən edilmişdir ki, nanəni iyləyən idmançılar bu ətrin təsiri sayəsində daha tez qaçır və çoxlu fiziki hərəkətlər icra edirlər.

Məsləhət: İdman klubunda məşğul olmazdan qabaq biləkləri üzə bir qədər nanə yağı və cövhəri çəksəniz yaxşı olar.

Jasmin

Təcrübələr göstərmişdir ki, jasminin ətri dərin yuxuya səbəb olur. Çünkü bu bitkinin ətri beyinin yuxusunun dərin fazasının tənzimləyən şöbəsinə bilavasitə təsir edir.

Məsləhət:  Yatmazdan əvvəl yastığınıza bir neçə damcı jasmin yağı və cövhəri töksəniz,vyuxunuz daha yaxşı və keyfiyyətli olacaq. Belə yuxudan sonra siz özünüzü çox gümrah  hiss edəcəksiniz.

Kamfora

Kamfora əsəb sistemini çox gözəl tənzimləyici gücə malikdir.

Məsləhət: Kamfora ətrindən zehni fəaliyyət zamanı istifadə etsəniz, yaxşı nəticə əldə edərsiniz. Bu qoxu çoxumuza  xəstəxana təsuratı yaradaraq immun sisteminin güclənməsinə səbəb olur.

Şərh yoxdur

şərhini yaz