a
Hava:
18 C
clear sky
Baku
humidity: 72%
wind: 5 m/s SSE
H18 • L18

Kahının faydaları

Hər dərdə çarə-Kahı

🥬 Kahı dəmirlə çox zəngindir, qan azlığı (anemiya) zamanı çox faydalıdır. Saç tökülməsinin qarşısını alır, baş gicəllənmələri və beyin qidalanmasının pozğunluqlarında çox faydalıdır.

🥬 Kahını çalışın, gündə bir dəfə yeyin və bunu axşam yesəniz, yaxşı yatacaqsınız. Kahı əsəbləri sakitləşdirir, yuxunu dərinləşdirir. Hər gün yeyiləndə bağırsaqları çalışdırır, qəbizliyin qarşısını alır, babasil xəstələri üçün çox faydalıdır.

🥬 Kahıdan hamiləlikdə də istifadə edə bilərsiniz. Zəngin mineralları və vitaminləri hesabına doğulacaq uşağın sağlam olması üçün faydalıdır.

🥬 Kahıda zəngin C vitamini də vardır ki, bu, ən çox ehtiyacımız olan bir vitamindir. Yeməkdən əvvəl üzərinə zeytun yağı tökülmüş kahı yemək iştahı zəiflədir.

🥬 Kahı ana südünü əhəmiyyətli dərəcədə artırır, tərkibindəki kalsium hesabına sümük ərimələrində (osteoporozda) və klimaks keçirən xanımlar üçün faydalı bir qidadır.

Hər nemətin həddindən artıq istifadəsi zərərli olduğu üçün bu kahıya da aiddir. Belə ki, həddindən artıq istifadə qanın laxtalanmasına və cinsi istəyin azalmasına səbəb ola bilər.

Şərh yoxdur

şərhini yaz