a
Hava:
16 C
clear sky
Baku
humidity: 82%
wind: 3 m/s SSE
H16 • L16

Qırmızı pəhriz

Qırmızı pəhriz

Beş gün qırmızı rəngli ərzaqlarla

Qırmızı rəng imumteti gücləndirir, beyin və daxili orqanların işini stimullaşdırır, potensiyanı artırır, qanı təmizləyir və zənginləşdirir, əhvalı yaxşılaşdırır, depressiyaya ilə mübarizə aparmağa kömək edir.
Pəhriz zamanı yalnız qırmızı rəngli ərzaqlarla qidalanmağa üstünlük verilir. Məsələn, qırmızı alma, qırmızı giləmeyvələr, qırmızı bibər, çuğundur, pomidor, qırmızı soğan, üzüm, qırmızı lobya, qreypfrut və s. Bundan başqa rasionuna qırmızı balıq, qırmızı kürü, krevet də daxil edilə bilər. Susuzluq zamanı isə yaşıl və qırmızı çay içilir.

Qırmızı pəhriz 5 gün üçün nəzərdə tutulmuşdur və ona ciddi riayət etdikdə 2-3 kq. artıq çəki itirmək mümkündür. Pəhriz zamanı, daxili orqanları masaj edən və aclıq hissini yatırdan tənəffüs gimnastikası etmək də çox faydalıdır: qarın içəriyə doğru çəkilərək bir neçə dəfə dərindən nəfəs alınır və buraxılır. Nəfəsi saxlamaq və səslə buraxmaq yaxşı effekt verir.
Pəhriz zamanı aclıq hissi yatmağa mane olursa, vanna qəbul edilir. Suya qızılgül ləçəkləri tökülür, sonra dəriyə qırmızı giləmeyvələrdən hazırlanmış maska çəkilir: moruğun şirəsi çıxarılaraq, üzərinə 2 x.q. süd əlavə edilir. Tənzifə məhlul batırılaraq 15-20 dəqiqə üzdə saxlandıqdan sonra ilıq su ilə yuyulur. Bir neçə ədəd çiyələk kəsmiklə qarışdırılıb maska düzəldilərək təmiz üz və boyun hissəsinə vurulur, 15 dəqiqə saxladıqdan sonra ilıq su ilə yuyulur.

Etiketlər: pəhriz, təbii qidalanma, qırmızı meyvələr, qırmızı rəng, vitaminlər, çəki itirmək, nəfəs idmanı

Şərh yoxdur

şərhini yaz