a
Hava:
27 C
clear sky
Baku
humidity: 17%
wind: 6 m/s S
H27 • L27
HomeMünasibətlərUşaqların təlim və tərbiyəsiUşaqlara nəzarət qaydalarını necə öyrədə?

Uşaqlara nəzarət qaydalarını necə öyrədə?

Uşaqlara nəzarət qaydalarını necə öyrədək.

Və ya

Küçədə özünü necə aparmalı???

1. Küçəyə çıxmamışdan əvvəl güzgüyə bax ki, geyimində hər şey qaydasındadırmı?

2. Tanışlarla rastlaşanda birinci sən salam ver. Özündən böyüklərlə, qadınlar və qızlarla salamlaşarkən əlini ilk sən uzatma, bəlkə onlar sənə əl vermək istəmirlər.

3. Salamlaşarkən papağını çıxart, yalnız görüşəndən sonra geyin. Görüşərkən əlcəyin çıxart.

4. Böyüklərlə, qadın və qızlara qarşılaşarkən onlara yol ver.

5. Özündən kiçiklərə də bu cür qayğı göstər.

6. Nəqliyyata daxil olarkən yaşlıları, qadınları və yoldaşlarını özündən qabağa burax. Özündən böyüklərə əyləşmək üçün yer ver. Əl ilə yox, dil ilə danış.Bu da düzgün və nəzakətli olar.

7. Kiminsə diqqətini hər hansı bir şeyə yönəltmək istəyirsənsə, onu barmağına yox, baxışınla, ya da başının hərəkəti ilə et.

8. Küçədə ancaq keçid nişanları qoyulmuş yerlərdən keç. Əvvəlcə sola bax, gör sənin tərəfə nəqliyyat gəlmir ki. Küçənin ortasında dayan, sağ tərəfdən səni təhlükə gözləmədiyin ə əmin olandan sonra hərəkətinə davam et.
9. Küçəni hərəkət edən nəqliyyatın qarşısı ilə yürüyüb keçmə. Nəqliyyatın dayanmasını, yaxud ötüb keçməsini gözlə.

10. Əgər keçiddə işıqfor varsa, küçəni ancaq yaşıl işıq yanan zaman keç.

11. Dayanmış avtomobillərin , avtobusların arxasından keç.

Şərh yoxdur

şərhini yaz