a
Hava:
14 C
clear sky
Baku
humidity: 82%
wind: 3 m/s SSE
H14 • L14

Alma və onun faydaları

Alma və onun faydaları

Yerə düşməyə qoymayın !!!

Dünyanın bir çox yerlərində dağlıq və dağətəyi zonalarda geniş əkilib becərilən alma Respublikamızda əsasən Naxçıvan, Quba-Xacmaz, Şəki-Zaqatala bölgələrində yetişdirilir.
Zəngin kimyəvi tərkibi, meyvələrin uzun müddət saxlanması qabiliyyəti, yüksək məhsuldarlığı, müxtəlif torpaq iqlim şəraitində becərilməsi imkanı bu bitkinin geniş ərazilərdə becərilməsinə səbəb olur.

Almanın tərkibində 13-15% -ə qədər şəkər, C, B1,B2, A1, PP vitaminləri, karotin, müxtəlif turşular, dəmirin orqanik birləşmələri, kalium, maqnezium, natrium, kalsium, fosfor və s. mövcuddur.

Almanın faydaları: Bu qiymətli bitki insan orqanizmi üçün çox faydalı olmaqla yanaşı, bir çox tibbi əhəmiyyəti də vardır. Bunlar qısaca olaraq aşağıdakılardır. Alma ürək-damar sisteminin işini yaxşılaşdırır. Kök adamların arıqlamasını təmin edir, üzü yumşaldır, iştahı artırır, qəbizliyi aradan qaldırır. Qabıqlı halda yeyilməsi tövsiyə olunur. Onun suyu ürək bulanmasının qarşısını alır. Qan təzyiqini, tüpürcək vəzilərini nizamlayır, ağız quruluğunun qarşısını alır. Hamilə qadınların alma yeməsi tövsiyə olunur. Mütəmadi yeyilərsə, ürək üçün çox faydalıdır. Bu meyvə xüsusilə taxikardiya ( şiddətli ürək döyüntüsündə ) və çətin nəfəsalmada faydalıdır. Alma iştahını açır, bağırsağı təmizləyər, qara ciyərin işini yaxşılaşdırır. Bundan əlavə orqanizmin həyat tonusunu qaldırır, gumrahlaşdır, əhval – ruhiyyəyə müsbət təsir göstərir.
Almanı yemək və onun ətrini iyləmək xroniki əsəb xəstələrinə çox xeyirlidir. Bişmiş alma quru öskürəyə faydalıdır. Alma ağacının çiçəyindən hazırlanan mürəbbə ürəyi qüvvətləndirir və beyni gücləndirir
Turş alma qan təzyiqini aşağı salır və daha çox ödqovucu təsirə malikdir. Turş alma şirəsini şəkərsiz qaynadırlar. Alınmış qatı şirəsini ödqovucu vasitə kimi və öd kisəsində daşlara qarşı istifadə etdikdə yaxşı nəticə verir. Həmçinin alma yarpaqları və şirəsi ilə kompres yeni yaranan üz sızanaqlarını sağaldır.
Almada dəmir çox olduğuna görə onu qanazlığında və bədən müqavimətinin artmasında istifadə edirlər.

Etiketlər: alma sortları,çalmanın faydaları, alma kosmetik vasitə kimi, qanazlığı xəstəliyi, ürək-damar xəstəliyi, qan təzyiqi, kompreslər, vitaminlər, taxikardiya, mürəbbələr.

Şərh yoxdur

şərhini yaz