a
Hava:
15 C
clear sky
Baku
humidity: 72%
wind: 2 m/s S
H15 • L15
HomeMünasibətlərAna və uşaqUşaqlarla oyunların düzügün təşkili

Uşaqlarla oyunların düzügün təşkili

Uşaqlarla oyunların düzügün təşkili
Oyun və baş qatmaq – bunlar fərqli hallardır. Evdə yaşanan gərginlikdən uzaqlaşmaq üçün uşaq başını qatar (oyalanar) və bu zaman sanki real həyatdan uzaqlaşar, ətrafdan təcrid olunar. Bu uşağın oyun oynaması demək deyil. Real həyatın yüklərindən qaçıb başlarını qatmağa çalışan uşaqlarda diqqət əksikliyi olar.
Oyun zamanı uşaq həm real həyatla bağlı olar, həm də öz xəyal aləmində gəzər. Oyun, uşağın real həyatda etmək istədiyi lakin edə bilmədiyi şeyləri “oyun” adlı kiçildilmiş bir dünya içində etməsidir.
Gərginlik dolu evdə böyüyən və nəticə etibarı ilə uşaqlığını vaxt keçirməklə keçirən insanlar uşaqlıq illərini xatırlamazlar.
Övladlarınızın uşaqlıq illərini baş qatmaqla keçirməsini istəmirsinizsə, özünüzün və ya ailənizin sosial və maddi problemlərini uşaqlarınızın yanında gərgin ortam yaradaraq həll etməyin. Bu zaman “onsuz da o oyun oynayır”, “fikri bizdə deyil” deyə düşünməyin.
Umayclub.com
Şərh yoxdur

şərhini yaz