a
Hava:
13 C
clear sky
Baku
humidity: 94%
wind: 3 m/s SSE
H13 • L13
HomeMünasibətlərUşaq hüquqlarıUşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə üsulları

Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə üsulları

Uşaq və yeniyetmələrə yönəlmiş zorakılıq hallarının qarşısının alınması, insan alverinə qarşı mübarizə
üsulları

Zorakılıq və onun gündən-günə artan formaları dünyanın ən qorxulu ictimai problemlərindəndir.
Zorakılıq daha çox azyaşlı uşaqlara qarşı yönələndə isə məsələnin daha təhlükəli həddə çatdığı aydın olur.                                                                                                                                                                                                  Uşaqlarla davranış, məktəbdə, cəmiyyətdə, xüsusilə ailədə onlara münasibət o qədər incə, həm də
məsuliyyətli işdir ki, bu sahədə ehtiyatlı olmaq lazımdır. Xüsusən azyaşlı uşaqlar aldıqları sevgini, gözəl
tərbiyəni, eləcə də zorakılığı və aqressiyanı böyüyəndə daha kəskin formada cəmiyyətə qaytarırlar. Sonda
qazanan da, itirən də cəmiyyət olur.

Zorakılıq – özünə, digər şəxsə, bir qrup insana, icmaya qarşı yönələn və nəticədə cismani zədələr, ölüm,
psixoloji travma, inkişafın pozulması və ya digər formada zərər vuran (yaxud böyük ehtimalla güman
olunan) həqiqi və ya hədə şəklində qəsdən edilən fiziki qüvvə və ya səlahiyyətin tətbiq edilməsidir. Kobud
rəftar anlayışına BMT-nin Uşaq hüquqları haqqında Konvensiyası aşağıdakı kimi tərif verir: kobud rəftar –
fiziki və ya psixoloji zorakılığın, təhqirin, sui-istifadənin, qayğısızlığın və ya etinasız münasibətin,
istismarın, o cümlədən sui-istifadənin hər cür formasıdır.

Uşaqlara qarşı zorakılıq – fiziki, psixoloji, iqtisadi, cinsi, sosial təcavüzün istifadəsi ilə uşağın konstitusiya
və azadlıq hüquqlarının pozulmasıdır. Valideynlər və digər insanlar tərəfindən uşaqlara qarşı edilən
zorakılıq uşağın sağlamlığına, onun yaşamasına, inkişafına və ləyaqətinə bilavasitə zərər vura bilən fiziki və
emosional davranışın bütün mənfi formalarını, cinsi zorakılığı, qayğısızlığı və etinasızlığı özündə
cəmləşdirir.

Uşaq dedikdə 18 yaşadək şəxs nəzərdə tutulur. Qohumlar və yaxın insanlar dedikdə aşağıdakılar nəzərdə
tutulur: valideynlər, qardaş və bacılar, həyat yoldaşı, övladlar, nəvələr, bir yerdə yaşayan insanlar, nişanlı
olanlar, evlənmək istəyənlər.

Məcburiyyət – fiziki və və ya psixoloji təsir göstərməklə uşağın seçim haqqı olduğu halda hər hansı bir
fəaliyyətin görülməsi və ya görülməməsinə məcbur edilməsidir.
Fövqəladə hal – uşağın həyatı və ya sağlamlığı üçün təhlükə yaradan hal.
Acizlik, əlacsızlıq (əlacsız vəziyyət) – özünə yardım etmək üçün heç nə edə bilməmək. Bunun səbəbi
azyaşlılıq, ahıl yaş, fiziki qüsurlar, psixi və emosional durumun pozulması, xəstəlik və ya huşsuz vəziyyət,
alkoqol və ya narkotik sərxoşluq ola bilər. Bu halda olan insanlara bilərəkdən kömək göstərməmək də
cinayət hesab olunur.
Sağlamlığa vurulan zərər – bədən xəsarətləri, yəni orqanların, toxumaların anatomik bütövlüyünün və ya
onların fizioloji funksiyalarının pozulması və ya müxtəlif faktorların (mexaniki, fiziki, kimyəvi, bioloji,
psixoloji) təsiri altında yaranan xəstəlik və ya patoloji vəziyyət.
Viktimlik (lat. victima — “qurban”) şəxsin müxtəlif şəraitlərin qurbanı olması kimi kifayət qədər sabit,
davamlı fərdi xüsusiyyətidir. Belə şəxslərin öz-özünə qeyri-adekvat aşağı qiymət verməsi nəticəsində
onların cinayətlərin qurbanlarına çevrilməsinə gətirib çıxarır.
Qeyri-verbal davranış – insanın fikirlərini, emosiya və hisslərini (məsələn, aqressiya, etibarsızlıq, həddindən
artıq qorxaqlıq, ürkəklik və s.) dil işarələri (sözlər) olmadan müxtəlif yollarla ötürülməyi (və ya qəbul
etməyi) nəzərdə tutulur. BMT-nin Uşaq hüquqları haqqında Konvensiyasına görə uşağın yaşamaq, normal
inkişafı üçün zəruri həyat səviyyəsinə malik olmaq, öz baxışları və fikrini sərbəst ifadə etmək, fikir, vicdan
və din azadlığı, sərbəst surətdə mədəni həyatda iştirak etmək, iqtisadi istismardan müdafiə olunmaq, təhsil
almaq, lazımi məlumat əldə etmək, ədliyyə orqanlarına müraciət etmək, sui istifadədən və etinasız
münasibətlərdən müdafiə olunmaq hüquqları var. Uşaq hüquqlarının pozulmasına, o cümlədən zorakılığa
görə valideynlər, onları əvəz edənlər, ya da digər böyüklər inzibati, cinayət, ailə və ya mülki hüquqlar
əsasında həm mənəvi, həm də hüquqi baxımdan məsuliyyət daşıyırlar.

Ruhiyyə Məmmədli

Şərh yoxdur

şərhini yaz